Nağıllar, hekayələr

Lev Tolstoy. Canavar və dələ

Bir gün dələ o budaqdan-bu budağa tullanarkən qəfil yuxulu canavarın üstünə düşür. Canavar dik atılır, hirslənir və istəyir dələni yesin. Dələ yalvarır:

 

- Burax məni.

 

Canavar deyir:

 

- Yaxşı mən səni buraxaram, amma sən mənə de görüm, siz dələlər niyə belə şənsiniz? Mən həmişə darıxıram, ürəyim sıxılır. Amma siz orda, yuxarıda oynayırsınız, tullanıb əylənirsiniz.

 

Dələ cavab verir:

 

- Burax məni, mən qalxım ağaca ordan sənə deyəcəm. Yoxa belə mən qorxuram.

 

Canavar dələni buraxır. Dələ ağaca dırmaşıb deyir:

 

- Sənin qəzəbin qəlbini yandırır, ona görə də sən sıxılırsan. Amma biz heç kimə pislik eləmirik, ona görə də biz həmişə şənik.