Təbiət

Aksolotl

Aksolotl Salamandralar nəslinə aiddir. Salamandralarla yaxın qohum olmasına baxmayaraq maraqlı və qeyri-adi xüsusiyyətləriylə Salamandra və bütün amfibiyalardan ayrılır. Belə ki, aksotokl suda yaşayır, onun Salamandralardan fərqli olaraq quruda yaşaması demək olar ki, mümkün deyil.

 

Aksolotl həyatı boyunca sürfə mərhələsində qalan və yetkin vəziyyətə gəlmədən balalaya bilən tək amfibiyadır. Aksolotl bütün həyatı boyunca sudan ayrılmaz və qəlsəmələrilə tənəffüs edər. 


Çox kiçik su heyvanlarıyla bəslənən sürfələr heç bir dəyişiklik keçirmədən böyüyər və altı ay sonra balalaya biləcək vəziyyətə gəlir. Əvvəllər aksolotlun bu xüsusiyyətlərinin heç bir şərtdə dəyişməyəcəyi hesab olunurdu. 1865-ci ildə fransız elm adamları, ilıq suda yaşadığı zaman aksolotlun da dəyişmə keçirərək Salamandralar kimi sürfə mərhələsindən yetkin vəziyyətə keçdiyini müşahidə etdilər. Aksolotlların ömrü təqribi 15 ildir. Yetkin aksolotlun boyu təxmini 25 sm olur və 30 sm-dən uzun boylusuna demək olar ki, rast gəlmək olmur. 

 

Başı bədənindən böyük olan bu heyvanların boynu qalındır, göz qapaqları isə yoxdur. Rəngləri adətən tünd qəhvəyi və qara olsa da, ağ rəng olanlar da var və ağ olan nümunələrinə daha çox akvariumlarda rast gəlinir. Ayaqları gücsüz olan aksolotlların üzgəcləri başlarının arxasındadır və quyruğa qədər uzanır. Başının hər iki tərəfində 3 ədəd qəlsəmə vardır.

 

Aksolotlların qoxu bilmə qabiliyyətləri də güclüdür.

 

Aksolotllar kərtənkələlər kimi bədənlərinin qopan və ya yaralanan müxtəlif hissələrini yenidən bərpa edə bilmə qabiliyyətinə malikdir. Bərpa müddəti isə 1-2 aydır.