Şeirlər

Əyyub Türkay. Sağlam qidalanıram

Mən kənddə yaşayıram,
Çoxlu heyvanımız var.
Təsərrüfat genişdir,
Keçi, qoyun, mal-davar.

 

Səhərləri yeyirəm,
Təzə keçi pendiri.
Nənəm tezdən yandırır,
Bərəkətli təndiri.

 

Kənddə həyat gözəldir,
Məhsullar saf, təmizdir.
Sağlam qidalanıram,
Yeməklərim ləzizdir.