Bədii filmlər

"Аna". Bədii film (rus dilində)

Sovet İttifaqı, Rumıniya və Fransa kinematoqrafçılarının birgə istehsalı olan “Ana” musiqili nağıl-filmi 1976-cı ildə məşhur “Canavar və yeddi keçi balası” nağılının motivləri əsasında çəkilib. Film 1977-ci ildə Venesiyada Uşaq və Gənclər üçün Musiqili Filmlər Festivalında münsiflər heyətinin xüsusi mükafatına – “Gümüş kubok”a  layiq görülüb. Biri var idi, biri yox idi, Keçi və balaları var idi. Keçi bütün qonşuları ilə mehriban dolanırdı, ehtiyacı olanların köməyinə tələsirdi.  Buna görə də hamı onu çox sevirdi, ona hörmət edirdi. Bir dəfə Keçi bazara yollandı. Amma əvvəlcə balalarına bərk-bərk tapşırdı ki, qapını ondan başqa heç kəsə açmasınlar. Onu tanımaları üçün isə mahnı oxudu. Canavar pusquda durub Keçinin getməsini gözləyirdi. Keçi gözdən itən kimi onun mahnısını oxuyub balaları aldatmaq istədi. Amma dəcəl balalar ona inanmadı. Boz Canavar əliboş qaldı. Amma o, Keçi balalarını aldatmaq istəyindən vaz keçmədi və sonunda Keçinin evinə girə bildi.