Xəbərlər

“Prime School” tədris mərkəzi Zəfər Gününə həsr olunmuş tədbir keçirib

“Prime school” tədris mərkəzi 8 Noyabr – Zəfər Gününə həsr olunmuş xüsusi tədbir keçirib. 

 

Azərbaycanın Dövlət Himni ilə başlayan tədbirdə Vətən müharibəsində həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Bayram tədbiri pedaqoji heyət tərəfindən xüsusi olaraq qurulmuş proqram çərçivəsində uşaqların çıxışları ilə davam edib. Valideynlərə uşaqların səhnəyə çıxaraq vətənpərvər ruhda oxunan şeirləri, mahnıları və  rəqsləri nümayiş olunub.