Xəbərlər

Bakı məktəblisi Avropa çempionatında parlaq qələbə qazanıb

Paytaxt məktəblisi kombat ciu-citsu idman növü üzrə Avropa çempionatında birinci yerə layiq görülüb.


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 55 nömrəli tam orta məktəbin VI sinif şagirdi Xədicə Baxışlı Ukraynada 14-15 yaşlı qızlar arasında keçirilən çempionatda 47 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində parlaq qələbə qazanıb.


BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, X.Baxışlı diplom və medalla təltif olunub.


Qeyd edək ki, X.Baxışlı 2015, 2016 və 2017-ci illərdə kombat ciu-citsu idman növü üzrə Bakıda təşkil olunan beynəlxalq turnirlərdə birinci yeri tutub.