Bu maraqlıdır!

İşıq nədir?

Biz işığa toxuna, onu əlimizə götürə bilmirik. İşıq müəyyən kiçik hissəciklərdən ibarətdir. Bu hissəciklərə fotonlar deyilir. Günəşin işığı, ulduzun işartısı, şamın şöləsi - bunlar hamısı fotonların hərəkətidir. Fotonlar çox kiçikdir, hətta çəkiləri də olmur. Onlar bir yerdə dayanmır, daim hərəkət edirlər. Fotonların sürəti saniyədə 300 min kilometrə çatır. Bu, o deməkdir ki, fotonlar yer kürəsini 1 saniyə ərzində 8 dəfə dövr edə bilərlər! Buna fizikada işıq sürəti deyilir.

Fotonlar çəkisiz olsa da müəyyən enerjiyə malikdirlər. Əgər qırmızı şüalı işıq görürüksə, deməli, həmin fotonlar zəif enerjiyə malikdirlər. Güclü enerjili fotonlar narıncı, göy, sarı, yaşıl və bənövşəyi rəngdə işıq saçırlar.

Çox böyük enerjiyə malik fotonları gözlə görmək mümkün deyil. Bu tip fotonlar ultrabənövşəyi şüaların tərkibində olur. Ultrabənövşəyi şüaları görməsək də, onları, məsələn, çimərlikdə günəş vannası qəbul edərkən hiss edə bilərik.

Böyük enerjili fotonlar rentgen şüalarının tərkibində olur. Bu şüalar o qədər güclüdür ki, hətta insan orqanizmini də keçə bilir. Fotonların bu xüsusiyyətlərinə görə ultrabənövşəyi şüalardan fotoqrafiyada və tibbdə geniş istifadə olunur.