Təbiət

Göyqurşağı Evkalipt ağacı

Filippin və Havay adalarında bitən “Göyqurşağı” evkalipti (Eucalyptusdeglupta) göyqurşağını xatırladır. Onun qabığı öz gözəl rəngləri ilə seçilir. Ağacın öz qabığını dəyişmə xüsusiyyəti var və qabıq köhnəldikcə rəngi müxtəlif rənglərə çalır. Əvvəlcə o açıq yaşıl, sonra tünd yaşıl, daha sonra mavi rəngin müxtəlif çalarları, sonra isə çəhrayı rənglə narıncı rəngə boyanır. Qabıq soyulmağa başladıqda qəhvəyi rənglə çəhrayı rəngin qarışığından ibarət bir rəngdə olur.


Bu ağac həm də planetimizin uzunömürlü flora nümunəsidir. Yetərincə hündürdür, bəzən hündürlüyü 100 metrə çatır və daha çox olur. Gözəl rəngləri ağacın qabığının köhnə zolaqlarının daim laylanaraq parlaq açıq yaşıl rəngli daha cavan qabığı üzə çıxarması nəticəsində yaranır. 


Onun üstündə göyqurşağının bütün rəngləri var. Onun qoxusu insanı depressiyadan və baş ağrısından xilas edir.