Bu maraqlıdır!

Yer kürəsinin hansı qatı insan üçün daha vacibdir?

İnsan üçün ən çox maraq kəsb edən, sözsüz ki, onun yuxarı qatı-yer qabığıdır, çünki burada həyat inkişaf edir. Yer qabığı mantiya və atmosfer ilə qonşudur, ona görə də o, bitki və canlıların yaşaması üçün vacib olan oksigenlə zəngindir və birbaşa günəş şüasını qəbul edə bilir. Bundan başqa, yer qabığını əmələ gətirən materiallar bitkilərin natrium, kalsium və dəmir kimi qida maddələri ilə təmin edir. 


Yer qabığını yaradan daşlar tədricən əzilir, yeyilir və tamamilə dağılır. Onlardan qopmuş dənəciklər torpaq qatı əmələ gətirir. 


Torpaq qatı rütubəti saxlayır və yer qabığının əsas məhsuldar hissəsini təşkil edir, çünki onun üzərində bitkilər inkişaf edir. Torpaq qatının məhsuldarlığını artırmaq üçün əkinçilər onu xüsusi texnikaların köməyi ilə becərirlər.