Bu maraqlıdır!

Astek incəsənəti

Tenoçtitlanda sənətkarlar xüsusi kvartallarda yerləşmişdi. Onlar keramika üzrə mütəxəssislər, zərgərlər idi, tacirlər tərəfindən uzaq yerlərdən gətirilmiş ekzotik lələklərdən bəzək, həmçinin mozaikalarla bəzədilmiş maskalar düzəldirdilər. 


Asteklər özlərinin daş heykəlləri ilə məşhurlaşıblar. Onlar özlərindən sonra dini binaları bəzəmək üçün istifadə etdikləri çoxlu monumental heykəllər qoyublar. Asteklər həmçinin allahların, ilan, kayyot, çəyirtkə kimi müxtəlif heyvanların və müxtəlif bitkilərin də kiçik fiqurlarını yonurdular. 


Bəzi rəssamlar bitki mənşəli tellərdən hazırlanmış, qarmon şəklində qatlanan uzun kağız vərəqdən ibarət əlyazma kitablarda-məcəllələrdə illüstrasiyalar çəkmək üzrə mütəxəssisləşmişdilər. Onlar bu məcəllələrdə şəkillər vasitəsilə tarixi və dini hadisələri, əfsanələri, qaydaları və s əks etdirirdilər.