YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Kitabxana

Uzaq keçmişdə Qədim Misirin İskəndəriyyə şəhərində çox zəngin bir kitabxana vardı. Bu kitabxanada papirus və perqament üzərində yazılmış 700 min əlyazması saxlanırdı. Gil lövhələrdə, perqament və papirusda yazılmış kitablar çox böyük olur, çox yer tuturdu. Bu kitablar çox bahalı idi və hər bir insan bu kitabları əldə edə bilmirdi. Sonra kağız icad olundu. Kağızdan hazırlanmış kitablar meydana gəldi. Kağız üzərində yazmaq, kağız kitabları saxlamaq rahat idi. insanlar onlara vacib olan məlumatları axtarmaq üçün kitabxanalara üz tuturdular. Çünki kitabxana çoxlu kitabın toplandığı və istifadə olunduğu yerdir. Zaman keçdi, gözəl tərtibatlı yeni kitablar və onların toplandığı indiki kitabxanalar yarandı.
 
 
Müasir dövrdə insanlar iki cür kitabxanadan istifadə edirlər:
 
Kütləvi kitabxanalar — bunlardan hər kəs istifadə edə bilir.
Xüsusi kitabxanalar — elmi, tədris və ya müəyyən ixtisaslı mütəxəssislər üçün nəzərdə tutulur.
 
 
Kitabxanalar kütləvi mütaliəni təşkil edən ocaqdır. Kitabxanalarda müxtəlif məzmunlu kitablar toplanır. Burada kitabın seçilməsinə kömək edən mütəxəssislər (kitabxanaçılar) olur. Kitabxana böyük müəssisədir, onun işçiləri və kataloq otağı, oxu zalı, arxiv, sifarişin qəbul otağı vardır. Hər bir müəssisədə olduğu kimi, kitabxanada da müəyyən davranış qaydaları var.
 
• Əvvəlcə qeydiyyatdan keçməlisən. Bunun üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim olunmalıdır;
• Lazım olan kitabı tapmaq üçün kitabın adını və müəllifini bilməlisən;
• Əlifba sırası ilə düzülmüş kataloqa və ya kitab rəflərinə yaxınlaşırsan;
• Sənə lazım olan hərflə başlayan kataloqu seçirsən;
• Kataloqda lazım olan müəllifi, kitabın adını tapırsan və kodunu (müəyyən rəqəmlər) köçürürsən;
• Sonra kitabı sifariş verirsən.
 
Kitabxanaçı kitabı gətirdikdən sonra sən onu evə apara, ya da oxu zalında oxuyub qaytara bilərsən. Evə götürdüyün kitabı 15 gündən gec olmadan oxuyub kitabxanaya qaytarmalısan. Kitabxanada müxtəlif növdə məlumat mənbələri var: elmi, bədii, uşaqlar üçün kitablar, jurnallar, qəzetlər... Bütün bunlar həm kağız üzərində, həm də elektron (disklərdə, kompüterdə, İnternetdə) variantda ola bilər.
 
 
Bitki və heyvan bəsləmək, rəsm çəkmək, ilk tibbi yardım göstərmək, düzgün qidalanmaq və başqa mövzularda nə isə öyrənmək istəsən, kitabxanaya müraciət et. Yadında saxla ki, çoxlu kitab oxuyan insanın söz ehtiyatı zənginləşir.