YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Dəbistan jurnalı

Hər bir xalqın inkişafının təməli uşaqlardan başlayır. Bu məqsədlə Azərbaycan ziyalıları uşaq jurnalları açmaq üçün dəfələrlə səy göstərmişdilər.


Müəyyən vaxtlarda "Çıraq", qəzeti, "Sovqat", "Nübar" jurnallarının açılması baş tutmasa da, lakin ziyalılar amallarından geri dönmədilər. Nəhayət, 1906-cı il 16 aprel tarixində "Dəbistan" jurnalı fəaliyyətə başladı. Bununla da Azərbaycanda uşaq mətbuatının əsası qoyuldu. Naşir və redaktorlar Əliisgəndər Cəfərzadə və Məhəmmədhəsən Əfəndizadə idi. Jurnal Bakıda H.Z.Tağıyevin "Kaspi"; mətbəəsində çap olunurdu. Jurnalda xarici dillərdən tərcümə olunmuş nağıl və hekayələr, lətifələr, tapmacalar, oyunlar, tarixi hekayələr və s. bölmələr yer alırdı. Jurnalda valideyinlərə kömək məqsədi ilə "Valideyinə məxsus vərəqə" də çap olunurdu. Burada ev tərbiyəsindən söz açılırdı.


"Dəbistan" jurnalının əsas məqsədi uşaqların asudə vaxtlarını səmərəli istifadə etmələri, onların dünyagörüşünün artırılması idi. Uşaqların vətənpərvərlik ruhunda, vətən sevgisi ilə böyümələrini təmin etmək də jurnalın əsas məqsədlərindən idi.
Təəssüf ki, maddi sıxıntılar səbəbi ilə jurnal bağlanmaq məcburiyyətində qaldı. M.Ə.Sabir "Qapandı" şeirini "Dəbistan"  jurnalının bağlanmasına həsr etmişdir.


Fəaliyyət göstərdiyi müddət ərzində "Dəbistan" jurnalı uşaq mətbuatımızda unudulmaz iz qoydu. Ondan sonra dərc olunacaq "Rəhbər", "Məktəb" və s.jurnallar üçün əsas nümunəyə çevrildi.