Nağıllar, hekayələr

Yevgeniy Permyak. Burun və dil haqqında

Katyada iki göz, iki qulaq, iki əl, iki ayaq, amma bir dil və bir burun var idi.

 

— Nənə, de görüm, — Katya soruşdu, — niyə məndə hər şeydən ikidir, dilim və burnum isə birdir?

 

— Ona görə, əziz nəvəm, — nənəsi cavab verdi, — ki, sən daha çox görəsən, daha çox eşidəsən, daha çox iş görəsən, daha çox gəzəsən, az danışasan və dik burnunu lazım olmayan yerə soxmayasan.

 

Deməli, dil və burunun niyə bir dənə olduğunu indi bildik.

 

Aydındır?