Ədviyyatların əhəmiyyəti, mənşəyi və tarixi inkişafı
Ədviyyat (lat. “species aromatacea”-yerin meyvəsi) - yeməklərə, şirniyyatlara, mürəbbələrə, içkilərə və digərlərinə xüsusi dad, ləzzət, ətir və rəng vermək üçün əlavə edilən bitkilərin təzə, qurudulmuş və üyüdülmüş müəyyən hissələridir. Bunlara bitkilərin yarpaqları, çiçəkləri, toxumlar, meyvələr, köklər, zoğlar, qabıqlar, kökümsovlar və s. aiddir.