Son əlavə olunanlar

Görkəmli şəxsiyyətlər

Mirələsgər Mirqasımov

Azərbaycan heykəltaraşlıq sənəti tarixində adı böyük ehtiramla çəkilən Xalq rəssamı Mirələsgər (Mirəli) Mirqasımov istər dəzgah, istərsə də monumental heykəltaraşlıq sahəsində yaddaqalan yaradıcılıq nümunələri ilə incəsənət xadimləri və sənətsevərlər tərəfindən xüsusi rəğbət qazanıb.  

Enid Meri Blayton

İngiltərə uşaq romanı yazıçısı Enid Meri Blayton 11 avqust 1897-ci ildə Londonda anadan olmuşdur. Dünyanın bestsellerləri arasında uşaqlar haqqında yazdığı kitabları ilə şöhrət və nüfuz sahibi olan yazıçı 1907–1915-ci illərdə Blayton Bekkenhemdəki Sent-Kristofer məktəbində təhsil almışdır. Məktəbin ən yaxşı oxuyan şagirdlərindən biri olduğundan "Headgirl" adını qazanmışdı. Riyaziyyatı yaxşı bilməsə də, yaxşı piano çala bilirdi.  

Həsən Əliyev

Görkəmli coğrafiyaçı və torpaqşünas alim - akademik Həsən Əliyev 1907-ci il dekabrın 15-də Zəngəzur mahalının Comərdli kəndində Əlirza kişinin ailəsində dünyaya göz açıb. Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən 1918-ci ilin qanlı hadisələri səbəbindən Comərdli əhli Naxçıvana üz tutub. Həsən Əliyev də 1924-cü ilə qədər Naxçıvan şəhərində muzdurluq edib. Eyni zamanda, axşam məktəbində təhsil alıb. 1925-ci il oktyabrın 5-də “Şərq qapısı” qəzetində “Bizə də teatr lazımdır”, 1929-cu ildə isə “Molla Nəsrəddin” jurnalının 16-cı sayında “Müəllim lazımdır” adlı məqalələrini dərc etdirib.  

Barış Manço

Rok, pop və müasir türk musiqi sənətinin görkəmli nümayəndəsi Barış Manço 1943-cü il yanvarın 2-də Üsküdar əyalətində Konyalı Karamanco tayfasına məxsus ailədə anadan olub. Barışın üç yaşı olanda valideynləri ayrılır. Barış atasının himayəsində qalsa da, gözəl türkülər oxuyan musiqi müəlliməsi – anası ilə tez-tez görüşür. Ananın musiqi sənətinə sonsuz məhəbbəti oğlunun canına hopur. Barış Qalatasaray Liseyində oxuduğu müddətdən musiqi ilə maraqlanmağa başlayır. Bu maraq onu Belçika Kral Akademiyasına aparır. O, burada rəsm, qrafika, memarlıq sənətini öyrənərək, maddi təminatını ödəmək üçün kafedə qarson, avtoparkda qarovulçu işləyir...  

Hüseyn Seyidzadə

Azərbaycan kinorejissoru, Azərbaycan SSR-nin əməkdar incəsənət xadimi, Azərbaycan kino tarixində ilk rəngli bədii filmin müəllifi Hüseyn Mirəli oğlu Seyidzadə 1912-ci ildə İrəvanda anadan olub. O, Həsən Seyidovun kiçik qardaşı olub. Əmək fəaliyyətinə 1927-ci ildə tikiş fabrikində başlayıb, sonra fabrikdən ayrılaraq Bakı Fəhlə Teatrında aktyor köməkçisi olub. Bir ildən sonra o, artıq “Gənc işçi” teatrının aktyoru idi.  

Yunis Nuri

İrəvanda Azərbaycan teatrının yaranması Yunis Nurinin adı ilə bağlıdır. O, 1878-ci il yanvarın 23-də İrəvanda anadan olmuşdur.