YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Orkestr

Qədim Yunanıstanda teatr səhnəsi qarşısındakı yarımdairəvi meydançaya “orxestra” deyərdilər. “Orkestr” sözü də buradan alınmışdır. Həmin meydançada bütün tamaşaların daimi iştirakçısı olan xor dururdu. Sonralar musiqi əsərlərini birgə ifa edən musiqiçi kollektivlərini orkestr adlandırmağa başladılar. İlk dəfə belə kollektivlər XVI əsrdə meydana gəlib. Düzdür, bu vaxta qədər də musiqiçilər qrup halında tez-tez bir yerə toplaşaraq musiqi əsərləri ifa edərdilər. Lakin bu qrupların daimi heyəti olmurdu. Onların müşayiəti ilə adamlar dini ayinlər icra edər, oxuyar, oynayar, hərbi paradda iştirak edərdilər. 


Dörd yüz il ərzində orkestrlərin tərkibində müəyyən dəyişikliklər baş verib. Musiqi alətlərinin tərkibindən asılı olaraq, bunlar simfonik  orkestr, simli orkestr, nəfəs alətləri orkestri, xalq çalğı alətləri orkestri və s. adlandırılıb. Estrada musiqisi dəbə düşdükdən sonra estrada orkestrləri, o cümlədən caz orkestrləri populyarlaşıb. 


Simfonik orkestr müxtəlif alətlərdə çalan və eyni zamanda, eyni bir əsəri ifa edən böyük kollektivdir. Simfonik orkestr dörd müxtəlif alətlər qrupundan ibarətdir: simli alətlər – skripkalar, violalar, violonçel və kontrabaslar; ağac nəfəs alətləri – fleytalar, klarnetlər, qoboylar, faqotlar; mis nəfəs alətləri – trubalar, valtornlar, trombonlar, tubalar; müxtəlif zərb alətləri – təbillər, litavralar, zənglər, ksilofonlar, metallofonlar və s. 


Dirijor orkestrin rəhbəri sayılır. O, musiqiçiləri özünün istədiyi kimi idarə edir. Ancaq bu zaman o, bir söz də olsun tələffüz etmir. Dirijor musiqiçilərlə xüsusi əl hərəkətləri, üzünün ifadəsi, baxışı, mimikası ilə “danışır”. Bu prosesdə dirijor çubuğu bir növ onun köməkçisinə çevrilir. Dirijor çubuğunu qaldıran kimi bütün alətlər onun iradəsinə tabe olaraq yekdil və həmahəng səslənir. Lakin yüzdən çox musiqiçini idarə etmək onun vəzifələrindən yalnız birini təşkil edir. Dirijor, eyni zamanda, həm də orkestrin bədii rəhbəridir. O, öz fikrini, niyyətini, musiqisinin şərhini orkestr vasitəsilə həyata keçirir.