YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Oksigen

Sizin nəfəs aldığınız havada rəngi, iyi və dadı olmayan bir qaz var. Həmin qaz nəfəsalmaya, həm də yanmaya kömək edir. Bu, oksigendir. Oksigen elə kimyəvi elementdir ki, planetimizdə onun qədər mühüm rol oynayan başqa bir element göstərmək çətindir. Havasız yaşaya bilərsinizmi? Yox. Məsələn, çalış nəfəsini bir az saxla. Heç bir dəqiqə də keçməyəcək ki, nəfəs almalı olacaqsan.


İndi isə bir banka götür, onun içində kağız yandır, sonra isə ağzını qapaqla ört. Nə görəcəksən? Qaba hava girmədiyi üçün od tezliklə sönəcək. İndi bilirsinizmi insana və oda hava nə üçün belə vacibdir? Hər iki misaldan aydın oldu ki, insanın nəfəs almasına da, odun yanmasına da hava, daha dəqiq desək, havadakı oksigen kömək edir. Hər gün bütün canlılar nəfəs almaq üçün külli miqdarda oksigen işlədirlər. Hələ planetimizdə gündə irili-xırdalı nə qədər soba yanır! Bununla yanaşı, həm də domna, marten və bişirmə sobaları var. 


Əgər bitkilərin yaşıl yarpaqları olmasaydı, biz oksigen çatışmazlığından ölərdik. Yarpaqların üzərinə günəş işığı düşəndə onlar karbon qazını udur, əvəzində isə oksigen qazı buraxırlar. Bu yolla Yer atmosferində oksigen qazı ehtiyatı bərpa olunur.


Lakin oksigen təkcə havada olmur. O, hidrogen adlanan başqa bir qazla birləşərək su əmələ gətirir. Yer kürəsində hər iki atomdan biri oksigen atomudur. Halbuki iki yüz il əvvəl insanlar oksigenin mövcud olduğunu bilmirdilər. Yalnız 1770-ci ildə kimyaçılar bəzi maddələri qızdırarkən onlardan qaz ayrıldığını, havada olduğu kimi, bu qazda da şamın yandığını ilk dəfə müşahidə ediblər. 1775-ci ildə böyük fransız alimi Antuan Lavuazye havanın iki qazdan – oksigen ilə azotdan ibarət olduğunu göstərmiş və onu “oksigenium” (turşu yaradan) adlandırmışdır. Təbabətdə oksigen tənəffüs üçün ağır xəstələrə verilir.