YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Morjlar

Morjlar kürəkayaqlıların ən iri nümayəndəsidir. Onların bədəninin uzunluğu 4 m-ə qədər, çəkisi isə 1.5 tondur. Morjlar (Arktikanın mərkəzi hissəsindən başqa) Şimal Buzlu okean, eləcə də Atlantikanın şimalında və Berinq dənizində yaşayırlar. 


Uzaq yerlərər köçmələr morjlar üçün xarakterik deyil. Onlar təkcə qışda bir az cənub rayonlara köçürlər. Yazda isə yenidən öz əvvəlki yuataqlarına dönürlər. İlk olaraq erkəklər dişilərdən ayrı üzüb gəlirlər. Onlar sahilə gəlib özlərinə uyğun sahə axtarır, bəyəndikləri ərazi uğrunda hərdən mübarizə aparmalı olurlar. Hər şeyi qaydasına saldıqdan sonra, dişilər gəlirlər. Və bir müddət sonra onların balalrı doğulur.


Dişi morjlar ən qayğıkeş anadırlar. 2 və ya 4 ildə bir dəfə bala dünyaya gətirirlər. Ona görə də balalarına qarşı belə həssasdırlar. 


Təhlükə zamanı onları kürəkləri ilə örtür və yaxud itələyib sudan çıxarırlar. Morj balası yetim qaldıqda, onu başqa dişi öz ailəsinə qəbul edir. Bir qayda olaraq dişi morj bir bala doğur. Və o, il ərzində ana südü ilə qidalanır. Bala morjun köpək dişləri əmələ gəlib, sərbəst qidalanana qədər belə olur.


Yırtıcılardan qorunmaq üçün böyümüş morj balaları analarının belinə çıxır. Morjun o qədər qeyri-adi və parlaq görkəmi vardır ki, onu nə dəniz şiri, nə də ki, dəniz pişiyi ilə səhv salmaq olmaz.


Bu gün morjlar təhlükəli vəziyyətdədirlər. Onlar ovlanılaraq məhv edilir. Bundan başqa, son vaxtlar morjların yaşadığı yerlər insanlar tərəfindən öyrənilir və nəticədə onlar öz yerlərindən sıxışdırılmış olurlar.
Morjun qalın məftiləoxşar bığları “vibriss” adlanır. Onların sayı adətən 400-ə qədər olur. Nəhəng dişlərinin uzunluğu 90 sm, çəkisi isə 5 kq-dır. Morj sudan buzun üzərinə çıxanda öz dişlərindən istifadə edir.
Morja “dəniz əkinçisi” də deyirlər. İş burasındadır ki, onlar molyuskaların toplandığı dayaz yerlərdə yemlənirlər. Ağ ayılara hücum çəkəndə, suitiləri ovlayanda və buzlarda oyuq açanda, morjlar öz dişlərindən istifadə edirlər.