YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Sərçəkimilər

Sərçələr dəstəsi ən müxtəlif və çoxsaylı quşlar dəstəsidir. Sərçəkimilər planetimizin quşlar sinfinin 2/3 hissəsini təşkil edir ki, bu da təxminən 5100-ə qədər növdür.


Yer üzündə sərçəkimilər digər quşlardan gec əmələ gəldiklərinə görə ən “cavan” sayılırlar. Sərçəkimilərin bir çox növü tropik meşələrdə, çöl və səhralarda yaşayır. Bu dəstəyə çəkisi 1,5 kq olan nəhəng quzğun, göy qurşağının bütün rəngləri ilə parıldayan 3-5 qramlıq kiçicik korolyoklar, gözəçarpmayan boz-yaşıl ötməquşları, bülbüllər, qaratoyuqlar, silviya quşlar da daxildir.


Sərçəkimilər arasında yuva, oyuq və başqa örtülü, düz, açıq yerlərdə, ağac və kol budaqlarında yaşamağı sevənlər də var. Ot və budaqdan ibarət adi fincanaoxşar yuvalar nisbətən sadə qurulmuşdur. Digərlərinin tikililəri isə mürəkkəbliyinə görə son dərəcə gözəldir. Məsələn, pəsnək quşlarının bitki lifindən toxunmuş yuvaları.


Sərçələrin qohumu olan bu yaraşıqsız quş öz yuvası ilə məşhurlaşmışdır. Toxucular Cənubi Afrikada koloniyalarla yaşayıb, yuvalarını birgə tikirlər. Nəticədə diametri 5-7 m, hündürlüyü isə 3 m-ə yaxın olan ağac budaqlarında otdan düzəldilmiş nəhəng yuvalar əmələ gəlir.


Birəbitdən quşu öz yuvasının mamırlı torpaq komasının divarında, boş kötüyün içərisində və ya tufandan yıxılmış ağaclar arasında gizlədir.


Tənəkquşu öz yuvasının yerdə otlar arasında tikir. 


Sərçəkimilərin qidası müxtəlif olur-gül nektarından tutmuş qurbağalar, çöl siçanı və leşədək. Digər quşlar kimi onların da dimdiyi nə və nə cür yeməsindən asılıdır.


Süzən öz nazik əyilmiş dimdiyi ilə maqqaş kimi ağac qabığından xırda həşəratları çıxarır. 


Sittanın dimdiyi ağacdələnin dimdiyinə bənzəyir: bu cür dimdiklə həşəratı tutmaq, qoz sındırmaq və çürümüş ağacı deşib, sürfə çıxarmaq çox rahat olur. Alacadimdik öz dimdiyinin köməkliyi ilə meyvənin çəyirdəyini sındırır, içərisindəkini yeyir.

 

Nektarquşları Afrika, Cənubi Asiya və Avstraliyada yaşayırlar. Amerika milçəkquşları kimi, onlar gülə qonaraq və ya ondan aralı dayanaraq, nektarla qidalanırlar. Milçəkquşları ilə qohumluqları olmasa da, ona çox bənzəyirlər. Oxşar həyat tərzi ilə bərabər, bənzər xüsusiyyətləri də vardır: çox xırda ölçülü, əyilmiş nazik, uzun dimdiyi və metal parıltılı rəngi vardır.


Koma quşları Avstraliya və Yeni Qvineyada yaşayırlar. Bu qəribə quşlar öz adını erkəklərin çağırış meydançalarında koma qurma adətinə görə almışlar. Komanın ətrafına isə onlar müxtəlif bəzək əşyaları qoyurlar: qəşəng daşlar, parlaq gül və giləmeyvələr, insanlardan oğurlanmış düymələr və digər nəzərə çarpan əşyalar. Erkək və dişinin tanışlığı da bu cür yerlərdə baş verir. Koma quşu yuvasını ağacda tikir və oraya heç bir bəzək-düzək vermir.


Böyük coğrafi kəşflər dövründə, Avropa dəniz səyyahları ilk dəfə cənnət quşlarını görəndə, onların lələkləri bəzək kimi çox qiymətli idi. 

 

Quzğun-qarğalar fəsiləsinin tam sərbəst bioloji növüdür. O, leşlə qidalandığına görə, adı heç də xoş gəlmir. Ancaq buna baxmayaraq, o diri balaca heyvan, cavan quş, yaralı heyvanlarla da qidalanır. Quzğun çox tez, yazın lap əvvəlində yuva tikməyə başlayır və onun səsi sakit meşəyə canlanma gətirir.


Böyük cənnət quşu Yeni Qvineya və Avstraliyada yaşayan geniş fəsiləyə daxildir. Bu quşlar sıx tropik meşələrdə yaşayıb, müxtəlif həşərat, meyvə və sürünənlərlə qidalanırlar. Cütləşmə dövründə erkəklər dəstə ilə ağac çətirlərinə toplaşır, yüksəkdən çığıraraq, öz parlaq lələklərini nümayiş etdirirlər.


Öz ağlına görə quzğun və ümumiyyətlə, qarğalar fəsiləsi nümayəndələri, digər quşları geridə qoyur. Bu quşlar tam təhlükəsiz yerlərdə yuva tikirlər.