YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Balıqqulağılar

İkitaylılar sinfi və ya balıqqulağılar iki lay arasında molyuskaların bədənini əhatə edirlər. Əksər balıqqulağıların bir layı müxtəlif qabarıq formada olur, o biri layı isə çökək formaya daha yaxındır. Əgər balıqqulağı bağlıdırsa, bir tərəfin dişləri o biri tərəfin dərinliyinə keçir. Bütün bu konstruksiya “qala” adlanır və layların tamamilə bir-birinə birləşməsinə imkan vermir. 


Bəzi ikitaylılarda, məsələn, dişsizdə “qala” yoxdur.


İtirilmiş baş
Balıqqulağı molyuskanı qurumaqdan və yırtıcılardan müdafiə edir. İkitaylı molyuskalar bu barədə daha yaxşı müdafiə olunmuşlar. Əgər laylar bağlanıbsa, xaricdən ora heç bir yol yoxdur. Lakin buna görə ikitaylılar, sözün əsl mənasında başlarını itirmişlər. Başdan onlara yalnız ağız dəliyi qalmışdır. 


Baxmayaraq ki, ikitaylı molyuskalar az hərəkət edirlər və onların başı yoxdur, bəzi balıqqulağıların işığa həssas gözləri vardır. Bəzən gözlər tor qişalı və göz büllurlu mürəkkəb quruluşa malik olur. Daraq molyuskanın gözlərinin sayı 100 olur. Əlbəttə ki, onlar insan və quşlar kimi görmürlər, lakin müxtəlif dərəcəli işıqları və sərt hərəkətləri ayırd edə bilirlər.


Lakin balıqqulağılar arasında çox hərəkətliləri də vardır; məsələn, daraq və ya darağaoxşar molyuskalar. Dinc vaxtı o, ağzını açaraq uzanır. Təhlükə vaxtı cəld layları qapayır, onların arasında yerləşən su güclü surətdə çölə tullanır və reaktiv hərəkət yaranır. Nəticədə daraq çox güclü sıçrayış edir. 


İkitaylı molyuskaların quruluşunu bilərək belə düşünmək olar ki, onlar heç hərəkət etmirlər. Əksər hallarda bu, həqiqətən, belədir. Çox sayda balıqqulağılar lil içərisində elə gizlənirlər ki, onları tapmaq çox çətindir.


Daraq molyuskanın sıçrayışının uzunluğu 0,5 m-ə çatır.
Midi qayalara sapaoxşar bığcıqlarla yapışır.
Şirin sularda yaşayan noxud dənəsi ən xırda balıqqulağıdır; onun ölçüsü cəmi 1 mm-dir.


İnsanlar ta qədim zamanlardan stridiya və midini qida kimi qəbul etmişlər. Yaponiyada 90 növə yaxın balıqqulağı hasil edilir, onlardan 10 növü süni yolla yetişdirilir. Qazıntı halında tapılan külli miqdarda balıqqulağılar əhəng halında olur və qədimdən insanlar bundan tikinti materialı kimi istifadə edirlər.


Nəhəng tridakna tropik dənizlərdə məskunlaşıb. Bu ən böyük balıqqulağının çəkisi 250-kq, ölçüsü isə 1,5 m-dir.


Bütün balıqqulağılar xeyir vermir.
Elə ikitaylılar da var ki, insanlara olduqca zərər verirlər, məsələn, teredo nəslindən olan ağacyonanlar.  Onlar körpülərin, gəmilərin sualtı hissələrini zədələyirlər. Özünəməxsus görünüşlərinə görə bu balıqqulağılarını, adətən gəmi qurdları da adlandırırlar. 


Molyuskaların qurdabənzər bədəni kirəc borucuğuna bənzər aldadıcı çanaqla örtülmüşdür.


Balıqqulağı ancaq qabaq hissəni əhatə edir. Elə balıqqulağı layları taxta deşən alət kimi xirdmət edir.


Balıqqulağılar nə yeyir?
İkitaylı molyuskalar necə qidalanırlar? Onların radulu yoxdur və onlar daşlar üzərində sürünüb yosunları qopara bilmirlər. Balıqqulağılar çıxış yolunu tapmışlar- onlar suyu dəlikdən mantiyaya sorurlar, kiçik yosunları və canlıları süzgəcdən keçirib təmiz suyu xaric edirlər. Belə olan halda balıqqulağıları dünya okeanının sanitarları adlandırmaq olar. Dəniz dibində 1m yerdə toplanmış midilər sutka ərzində 280 ton su təmizləyirlər.