YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

İynəcələr

İynəcələr çox qədim həşəratlardır. Qazıntılar zamanı uzunluğu bir metr olan qədim iynəcə tapılmışdır. Müasir iynəcələrin 3 mindən çox növü var.

 

İynəcələr uçuş vaxtı cütləşirlər, bu zaman özünəməxsus “uçuş halqası” yaradırlar. Dişilər yumurtanı su hövzələrinə qoyurlar və bunlardan da sürfələr çıxır. Sürfələr bir-iki ilə inkişaf edir, sonra su üzərinə çıxan istənilən bitki budaqları ilə sürünərək üzə çıxırlar. Ayaqlarıyla bitkidən yapışaraq özlərini qurudurlar və möcüzəli tamaşa başlayır. Məsələ burasındadır ki, beldəki dəri partlayır və ondan incə və gözəl havaüzgəcləri çıxır. Bu uzun və çətin prosesdir, qanadların düzəlib hamarlanmasına 6-7 saat vaxt lazım olur.

 

Faset gözlər həşəratların növündən asılı olaraq, çoxlu sayda ayrı-ayrı xırda gözlərdən ibarətdir. İynəcələrdə bu daha çoxdur. Hər bir gözdə 28 min xırda göz var.

 

Yüngülxasiyyət və ciddiyyətsiz insanları iynəcə adlandırırlar. Lakin iynəcələr anadangəlmə əməksevər-ovçulardır. Bütün yay ərzində saysız-hesabsız ağcaqanad və digər uçan həşəratları ovalayırlar. İri gözlər iynəcədə başın bütün hissəsini tutur. Eyni zamanda hər tərəfə baxa bilən bu gözlər kürəciyə oxşayır. Belə əla genişbucaqlı bütün ətrafı görmə qabiliyyətinin sayəsində şikarın harada olmasından asılı olmayaraq onu görə bilir və çox böyük sürətlə onun üzərinə cumur. Ziqzaqabənzər trayektoriyalı iynəcə uçuşu bununla izah olunur.

 

İynəcə sürfəsinin ov etmək üçün uzun alt dodağı kimi qəribə bir aləti vardır. Bu sürfələr su soxulcanının və ya ağcaqanad sürfələrini gördükdə dodaq düzəlib qabağa atılaraq iti qarmaqları ilə şikarı tutur. Bu “ovçu aləti” maska adlanır. İynəcələrin iri sürfələri çömçəquyruq və xırda balıqları tuta da bilirlər.

 

Həşəratlar arasında ən cəld, yorulmaq bilməyən və manevrli uçanlar, əlbəttə ki, iynəcələrdir. İynəcələr çox böyük məsafələrə uçurlar.

 

Onlar 100 km-lə bir-birindən aralı səhra vahələrinə uça bilirlər. İynəcələrin iki cüt sıx və möhkəm qanadları var. Hər bir qanadın qabaq tərəfində isə tünd rəngli stabilizator ləkələr var ki, bunlar uçuş zamanı qanadları titrəməyə qoymur. Bir cüt qabaq qanadlar arxadakılardan asılı olmayaraq hərəkət edirlər.