YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Balıqların nəsil artımı

Balıqların mayalanması suda baş verir, dişi kürü tökür, erkək isə toxum vəzi qoyur. Bəzi balıqlarda mayalanma daxildə baş verir, kürü dişinin bədənində inkişaf edir və dünyaya tam şəkildə formalaşmış nəsil gəlir. Buna misal olaraq, quppi balığını misal göstərmək olar.


Hər bir balıq növü xüsusi yayılma sahəsi mövqeyinə malikdir, bu da balıq karvanlarının daim yerlərini dəyişməsindən asılıdır. Bundan başqa, balıqlar uzaq məsafələrə mühacirət (köçmə, miqrasiya) edirlər. Belə köçmələr həmişə qida və artımla bağlıdır. 


Qızılbalıqlar fəsiləsindən olan qorbuşa dünyaya gəldikləri çaydakı yerə qayıdırlar. Balıqlar üçün dənizdən kürüləmə yerinə səyahət etmək o qədər də asan başa gəlmir. Dənizdən çaya keçdikdə qorbuşalar qidalanmırlar və daxili ehtiyatlarının hesabına yaşayırlar. Sədlər, aşırımlar və dayaz suları keçdikdə balıq çox çırpınır, buna görə də çoxlarının bədəni yaralanır. Qorbuşa kürü tökdükdən sonra əldən düşür və məhv olur. Onların heç biri, bir də dənizə qayıda bilmir. 


Yayın əvvəlində tunes sürüsü xırda balıqları izləyərək onların arxasınca Aralıq dənizinə çıxırlar. Bu balıqlarla onlar qidalanırlar.


Əksər balıqlarda kürütökmə mövsümlə bağlıdır, bu daha əlverişli temperatur şəraitindən asılıdır. Bəzi növlər isə xüsusi kürüləmə yerinə malikdirlər. 


Avropa sardinası isti sulara üstünlük verir. Onlar qışda dənizə gedir, yayda isə məskunlaşdıqları şimal sərhədlərinə qayıdırlar. 


Qorbuşa kürüsünün mayalanması kürüləmə yerində başlayır. Burada kürü nisbətən təhlükəsiz olur. Çay suyu asanlıqla çınqıl qatlarının arasından keçərək inkişaf etməkdə olan kürüləri oksigenlə təmin edir. Məlumdur ki, qizilbalıqların kürüsü qırmızı, daha dəqiq desək, narıncı rəngdə olur. Bu rəng kürünün oksigenlə təminatında əsas rol oynayan maddələr çoxluğu ilə izah olunur. Ən parlaq kürü nerka və keta balığındadır, belə ki, bu kürülər axar suda gec inkişaf edir. Qorbuşalarda kürünün inkişafı dağ çaylarındakı doymuş oksigenin köməyilə gedir və rəngi açıq-narıncıdır. Qorbuşanın kürüsü olduqca iridir, diametri 5-7 mm-dir. Bu kürünün örtük qişası qızılbalıqların kürüsü içərisində ən möhkəmidir. Qorbuşa kürüsü bir neçə kiloqram təzyiqə davam gətirə bilir. Belə olmasa, sürətlə axan çaylarda daşlar arasına qoyulan bu kürülər hamısı məhv olar.


Adi skumbriya qışda açıq sularda yaşayır, lakin yayda dəniz suları isindikdə o, Şimali Atlantikanın hər iki sahilinə doğru can atır. Kürünü tökdükdən sonra skumbriya sürüsü qidanın bolluq təşkil etdiyi körfəzə doğru üzür. 


Hələ bizim eradan əvvəl IV əsrdə qədim yunan alimi Aristotel müşahidə etmişdir ki, bəzi balıqlar dənizi tərk edib çaylara keçirlər. Angvil isə əksinə, çayları tərk edib dənizə keçir. 


Sonrada alimlər müəyyən etmişlər ki, Avropa angvilinin kürü tökmə yeri Sarqas dənizində yerləşir. Buradan angvilin sürfələri Qolfstrim isti cərəyanının axını ilə Avropa sahillərinə gəlib çıxır. Nəzərə almaq lazımdır ki, bu səyahət iki il yarım müddətə baş verir. Avropa angvilləri kürüləmə yerinə getmək üçün 5600 km-lik bir məsafəni qət edirlər. 


Yeni doğulmuş angvilin bədəninin uzunluğu 6mm olur. Lakin bütün səyahət vaxtı o, 75 mm-ə qədər uzanır. Yanlardan yastılaşmış və az nəzərə çarpan angvil sürfələri səyahət üçün yaxşı uyğunlaşmışdır. Şübhəsiz ki,  belə az nəzərə çarpmaq, onları təhlükəli səyahət vaxtı yırtıcılardan xilas edir. Sürfələr Avropa kontinental şelfinə çatdıqda metamorfoza (bir şəkildən başqa şəklə keçmə) baş verir, onların bədənləri iri angvillərə xas olan silindrik forma alır. Cavan angvil çaya girib axına qarşı hərəkət etməyə başlayır. Bir neçə il angvillər şirin sularda qidalanırlar. Böyüdükdən sonra, altı-yeddi yaşında angvil geriyə-Sarqas dənizinə qayıdır.