YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Qida axını

Biz orqanizmimizi enerjiylə təmin etmək üçün qidalanırıq. İnsan enerji ehtiyatı, eləcə də inkişaf və bərpa üçün qidaya ehtiyac duyur. Həzm prosesi qəbul etdiyimiz qidanın lazım olan qida maddələrinin əldə edilməsi üçün parçalanmasıdır. Tullantı maddələri isə daha sonra bədəndən xaric edilir. 


Həzm prosesi insanın qidanı qəbul etdiyi və çeynəyərək daha asan udulması üçün ağız suyu ilə qarışması zamanı başlayır. Qida daha sonra qida borusuna, ordan isə mədəyə düşür. 


Tüpürcək ağız boşluğunda olan vəzilərdən yaranır. O, qidanı sürüşkən edir və həzm prosesini başlayır. Gün ərzində ağızda təxminən 1,5 litr və ya 2 ½ pintaya qədər tüpürcək ifraz olunur.


İnsan dişləri dörd qrupa bölünür: baltaşəkilli kəsici dişlər qidanı kəsir, iti köpək dişləri onu parçalayır, hamar azı və kiçik azı dişlər isə qidanı əzir. Bunlar ən böyük dişlərdir.


Qida çeynənildikdən sonra bolus adlanan top şəklində udulur. Bu qidanın nəfəs borusu və ya udlağa daxil olmasının qarşısını alır. Udulma zamanı qırtlaq qapağı aşağı doğru hərəkət edərək nəfəs borusunu örtür. 


Üç əzələ qatı mədəyə əyilərərək digər formalarda olmasına imkan verir: uzununa əzələlər, dairəvi əzələlər, maili əzələlər. Qida mədəyə daxil olan zaman mədə uzanaraq onu ehtiyat kimi saxlayır. Qida və turşu birlikdə qarışdırılır. Qarışdırılmış qida kiçik bağırsağa ötürülür. Qida yalnız mədədə dörd saat qaldıqdan sonra tədricən kiçik bağırsağa ötürülür.


Qida udulduqdan sonra səkkiz saniyə ərzində mədəyə daxil olur. O, mədə çirəsi adlanan turşu ilə qarışdırılır və yarı maye halına gətirilir. Gün ərzində mədədə 3 litr və ya 5 pintaya qədər mədə şirəsi ifraz olunur.


İnsan ac olduğu zaman mədə beyindən həzm prosesini başlaması üçün siqnal alır. Əzələlər işləməyə başlayır və turşu qida olmadan mədədə qarışır. Bu bizim gurultu kimi hiss etdiyimiz titrəmə əmələ gətirir. 


Qida mədəni tərk etdikdən sonra nazik bağırsağa daxil olur. Burada lazımi maddələr insan bədəninin istifadəsi üçün qidadan ayrılır. Həzm olunmayan maddələr yoğun bağırsağa keçir və çöküntüyə çevrilir. 


Mədənin divarı dərin şəkildə bükülüb və çökükdür. Selikli qişa mütəmadi olaraq ifraz olunaraq mədə şirəsinin özünü həzm etməsinin qarşısını alır. 


Sonuncu qida maddələri su ilə birlikdə buradan xaric olunur. Həzm olunmayan qida digər tullantı maddələri ilə birlikdə bədəndən xaric olunması üçün düz bağırsağa ötürülür. 


Nazik bağırsaq qidanın həzmi üçün müxtəlif fermentlər istehsal edən uzun dolaşıq bağırsaqdı. Boru daxildən villi adlanan nazik, barmaqşəkilli çıxıntılarla əhatə olunub. Bu qida maddələrini qəbul etməsi üçün bağırsağın əhatə etdiyi sahəni daha da genişləndirir.