YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Təkamül

Bütün canlı orqanizmlər müəyyən müddətdən sonra tədricən dəyişir. Təkamül adlanan bu dəyişiklik təbii seçmənin təsirindən baş verir. Təkamül prosesi ətraf mühitə daha çox uyğun olan orqanizmlərin sağ qalması və inkişafına şərait yaradır. 


Təbii seçmə 


Darvin bir çox bitki və heyvan növlərinin yaşlı hala qədər gəlib çıxa bildiyi saydan daha artıq nəsil artırdığını müşahidə etdi. Daha sonra o, müəyyən etdi ki, təbiət ətraf mühitə daha çox uyğun xüsusiyyətlərə malik növləri seçir və həmin xüsusiyyətlərin gələcək nəsillərə ötürülməsinə imkan verir. 


Təkamül nəzəriyyəsinin banisi


Yüzlərlə müxtəlif bitki, heyvan və daşlaşmış qalıqları öyrəndikdən sonra bu nəzəriyyə ilk dəfə ingilis naturalisti çarlz Darvin tərəfindən irəli sürülüb. O, bir çox heyvan və bitki növlərinin oxşar və ümumi kökə malik olduqlarını müəyyən etdi. Müasir DNT testi bu nəzəriyyənin doğru olduğunu sübut edir.


Uyğunlaşma


Darvinin irəli sürdüyü nəzəriyyə zürafənin niyə məhz uzun boyuna sahib olmasını izah edir. Qida axtarışı zamanı daha uzun boyunlu heyvanlar digərləri üzərində üstünlük qazanırdılar. Bu səbəbdən zaman keçdikcə daha uzun boyuna malik yeni nəsil formalaşdı.


Süni seçmə 


Təbiətdə bitki və heyvan növləri təbii seçmə əsasında təkamül edir. Lakin insanlar daha yaxşı məhsul verən bitki növü, daha çox yun ala biləcəkləri qoyun növləri və daha çox süd verən heyvanlar əldə etmək üçün arzuolunan bitki və heyvan növlərini seçir və onları çoxaldırlar. Bu proses süni seçmə adlanır. 


Bütün itlər canavarlardan törəyib. Zaman keçdikcə insanları onları ovçuluq və ya sürünü qorumaq, sürət və boy kimi xüsusiyyətlərinə görə çoxaltdı və nəticədə indi yüzlərlə müxtəlif it növləri mövcuddur.


Daşlaşmış qalıqlar


Qalıqlar Yer kürəsində həyatın zamanla tədricən dəyişdiyini göstərir. Hər bir suxur qatı ondan aşağıda və üstdə yatan qatlardan fərqli canlı növlərindən ibarətdir. Hər hansı canlı növündə baş verən dəyişikliyi göstərəcək qalığı tapmaq heç də asan olmasına baxmayaraq, bu, quşabənzər Archaeopteryx quşların lələkli dinozavrlardan törəməsinin əyani sübutudur.


Nəsil ağacı


Alimlər daşlaşmış qalıqları tədqiq edərək onların hansı mərhələdə nəsil ağacına uyğun olmasını müəyyən etməklə təkamülü izləyirlər. Çoxlu sayda fil qalıqları bu heyvanların xortumlarının və dişlərinin necə inkişaf etməsini göstərsə də, heç də onların hamısı birbaşa müasir fillərin əcdadları deyillər.

 


Təkamül və genlər


Canlı varlıqlar özlərinə məxsus xüsusiyyətləri gələcək nəsillərə DNT-lər vasitəsilə ötürür. DNT gen adlanan hissələrə bölünür və hər bir gen, məsələn, saç, lələk, dəri və ya qabıq kimi ayrı-ayrı hissələr üçün kod daşıyıcısıdır. 


DNT-mürəkkəb kimyəvi birləşməsi həyat üçün önəmlidir. Canlı orqanizmin DNT-sində cüzi dəyişilmə həmin növ üçün faydalı və ya zərərli ola biləcək gen dəyişiklliyi mutasiyaya səbəb ola bilər.


Yeni növlər: Darvin Qalapaqos adalarına səyahət edərkən orada olan alacəhrə quşlarının materikdə olanlarla oxşar olduğunu, yalnız dimdiklərinin fərqləndiyini görür. O, müəyyən etdi ki,bütün bu quşlar eyni kökdən törəyiblər, lakin adadakı şəraitə uyğun olaraq qida tapmaq üçün dimdiklərinin forması dəyişikliyə uğrayıb.


Həyat necə başladı


Həyatın necə başlaması sirli olaraq qalır. Yerin üstü çox isti olduğundan həyat okeanlarda, yəqin ki, okean dibinə yaxın açıq yerlərdə yarandı. Sadə molekullar bir-birini təkrarlamağa başladı, daha sonra hüceyrə və koloniyalar, nəhayət, mürəkkəb orqanizmlər təkamül tapdı.