YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Çin sülalələri

Çin ən azı 4000 il davam edən ən qədim sivilizasiyaya malikdir. Xuanxe (Sarı) çayının sahilində ilk şəhər dövlətlərdən 1912-ci ilə qədər monarxların hakimiyyəti altında Çinin ərazisi xeyli genişləndi. Birləşmə və parçalanmalar ölkənin siyasəti və tarixini rəngarəng etdi. 


Böyük Çin səddi


Böyük Çin səddi şimaldan qonşuların hücumlarının qarşısını almaq üçün Çinin ilk imperatoru Sin Şi Xuanq tərəfindən tikdirilmişdir. Lakin bu günə qədər gəlib çatan 6400 km (4000 mil) məsafədə uzanan səddin divarları Min sülaləsinin hakimiyyəti dövründə bərpa olunub və daha da genişləndirilib.


Orta krallıq


Çuq Quo “Orta krallıq” deməkdir. Bu ad ilk dəfə ölkələrinin “sivilizasiyanın mərkəzi” olmasına inanan Çjou sülaləsinin hakimiyyəti dövründə (e.ə 1050-771) istifadə olunub. Çinin tarixi ərzində Çuq Quo müxtəlif mənalarda işlədilib və sülalələr arasında konfliktlərə səbəb olub. Yalnız 1911-ci ildən rəsmi olaraq dövlətin adı kimi işlədilib.


Milyonlarla əsgər, məhbus və yerli əhali Böyük Çin səddinin tikintisinə cəlb olunmuşdu və minlərlə insan tikinti zamanı həlak oldu. 


Qapalı şəhər


1420-ci ildə Çin imperatoru və onun ailə üzvləri paytaxt şəhər Beyjinqdə böyük imperiya sarayına köçdü. Məhkəmə rəsmiləri və imperatorun ailə üzvlərinin şəhərə köçməsinə imkan verilirdi, lakin bütün binalara yalnız imperator özü daxil ola bilərdi. 


Konfutsi (e.ə 551-479) Məşhur çinli filosofun fikirləri Çin fəlsəfə sisteminə və cəmiyyətinə böyük təsir göstərdi. 


Sin Şi Xuanq (e.ə 221-220) Müharibə aparan dövlətləri birləşdirərək özünü Çinin ilk imperatriçası elan etdi. 


Vu Zetian (bizim eranın 690-705-ci illəri) Çinin ilk qadın imperatoru olan bu şəxs yəqin ki, hakimiyyətə gəlmək üçün çox sayda insanın ölümünə səbəb olub. 


Çju Yuançjan (1368-1398) Monqolları məğlub etdikdən sonra Min sülaləsinin hakimiyyətinin əsasını qoyan şəxs.


Pu Yİ (1908-1912) Çinin son imperatoru altı yaşında taxtdan geri çəkildi. 


Sülalələrin ardıcıllığı 


Çin tarixinin böyük hissəsi sülalələr və ya hakim ailələr tərəfindən idarə olunan dövrlərə bölünə bilər. Hər bir sülalə ölkənin inkişafına öz töhfəsini verib. 


E.ə 221-206 Sin sülaləsi 


Sin sülaləsinin qısa sürən hakimiyyəti ərzində Konfutsi inancları qadağan olunmuş və onun kitabları yandırılmışdır. 


E.ə 206 Be 220 Xan sülaləsi 


Əsas ticarət yolu hesab olunan və Çindən Aralıq dənizinə qədər uzanan İpək yolu bu sülalənin hakimiyyəti dövründə salındı. 


265-420 Szin sülaləsi


Kağız və mürrəkəb bu dövrdə geniş yayılması xəttatların yazı qabiliyyətinin inkişafına səbəb oldu. 


618-9-7 Tan sülaləsi


Qadınlara kişilərlə yanaşı, bir çox eyni hüquqlar verildi və Vu zetian Çinin ilk qadın imperatriçası oldu.


1271-1368 Yuan Sülaləsi


Daha əvvəl Çinlilər tərəfindən ixtira olunmuş barıt güclü partlayıcı toplarda atmaq üçün işlənilib hazırlandı. 


1368-1644 Min sülaləsi


Boyalı səhnələrlə dolu ağ və mavi çini qabların istehsalının artmasına səbəb oldu. 


1644-1912 Tzin sülaləsi


Məhkəmə rəsmiləri imperatoru “Cənnətin oğlu” kimi simvolizə edən əjdaha motivli mantiyalar geyinirdilər.