YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Orta əsrlər dövrü

Orta əsrlər dövrü Roma İmperiyasının süqutundan (V-ci əsrdən) İntibah dövrünə (XVI-cı əsrə) qədər uzun bir dövrü əhatə edir. Bu müddət ərzində Avropa bütün torpaqların mülkiyyətçisi və beləliklə də, əsas güc sahibi oldu.


Feodal sistemli Avropanın bir çox ölkələrində bütün torpaqların əsas mülkiyyətçisi və ən yüksək pillədə olan kral əhalini siniflər sisteminə bölmüşdü. Kraldan aşağıda baronlar və yepiskoplar, sonra lordlar və cəngavərlər və daha sonra kəndlilər dayanırdı. 


Bizim eranın 800-cü ilində, Milad günü Papa III Leo, Böyük Karlı (742-814-cü illər) Müqəddəs Roma imperiyasının taxtına çıxartdı. Romada mərkəzləşdirilmiş idarəetmə sistemi yaradılması, kilsələrdə məktəblərin açılması və xristianlığın geniş yayılması Böyük Karlın adı ilə bağlıdır. Onun gördüyü işlər müasir Avropaya yol açdı.


Torpağın güc anlamına gəldiyi dövrlərdə əldə olunan mülkiyyəti qorumaq önəmli idi. Lordların qalaları ətrafında salınmış şəhərlər divarlar və xəndəklərlə müdafiə olunurdu.


Körpülərin qaldırılması və qapıların bağlanması işğalçıları ləngidirdi. Heç bir böyük şəhər yepiskop kilsəsi olmadan tam şəhər hesab olunmurdu. Lord özünün hündür qalasından düşmənin gəlməsini əvvəlcədən görə bilirdi. 


Nəzarət üçün mübarizə: orta əsrlər Avropa indikindən çox fərqli idi. Məsələn, müasir dövrün İspaniyası bir neçə krallığa bölünmüşdü və Fransanın bir hissəsi krallar və şahzadələrin (eləcə də, İlgiltərə tacı) tərəfindən idarə olunurdu. Müharibələr o dövr üçün qeyri-adi deyildi, krallar yeni torpaqlar əldə etmək üçün orduları döyüşə gondərirdi (adətən, özləri də onları müşayiət edirdilər). Ən uzun müharibə isə Fransa ilə İngiltərə arasında oldu.


Fransa ilə İngiltərə arasında baş verən bu müharibələr, əslində, 116 il, 1337-ci ildən 1453-cü ilə qədər davam edib.


Rəqəmlərdə güc: güc və nüfuz sahibləri yalnız zadəganlar deyildi. Sənətkarlar da yüksək gəlir və rəqabətin olmayacağını təmin etmək, eləcə də, ticarətlərini qorumaq üçün gidiyalar yaradırdılar. Gidiyalar böyük zallar tikir və şəhərin gündəlik həyatına təsir edirdilər. Lakin gidiya sahibləri bununla gidiya üzlərinin qayğısına qalmaqdan çox, öz sərvətlərini artırırdılar. 


Hər bir gidiyanın öz gerbi var idi. York şəhərinin Tacirlər gidiyası mallarını bütün dünyaya idxal və ixrac ilə məşğul olan geyim ticarətçiləri idilər. 


Orta əsrlərdə müharibənin ölkələrin fiziki sərhədlərini müəyyən etdiyi bir dövrdə, Avropanı dəyişən bir çox digər hadisələr baş verdi.


Krallar yeni torpaqlar ələ keçirmək üçün tez-tez cəngavərləri ilə birgə döyüşürdülər. 1340-cı illərdə taun Avropa əhalisinin üçdə birinin ölümünə səbəb oldu.


Polo və Kolumb kimi səyahətçilər dünya ətrafında yeni ticarət yolları aşkar etdilər.


Orta əsrlər dövründə başında Papa dayanan katolik kilsəsi bütün Avropada böyük gücə malik idi. Lakin heç də hamı kilsənin gücü və nüfuzundan razı deyildi. Qarşı tərəfdə olanlar özlərini protestantlar adlandırırdılar.


1517-ci ildə alman rahibi Martin Lüter katolik dinin rəsmilərinin korrupsiya faktları haqqında təklif etdi. Daha sonra Ulrix Zvinqli İsveçrədə, Jan Kalvin isə Fransada kilsədə islahatların aparılması ilə bağlı eyni təklifləri etdi.


Avropanın şimalında yeni protestant kilsələrinin yaradılması katoliklərin Avropadakı mütləq hakimiyyətinə son qoydu.