YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Dəniz onurğasızları

Onurğasızların böyük bir qismi dənizlərdə yaşayır. Mərcanlar və süngərlər də daxil olmaqla, bəzi növlər bir yerə möhkəmlənərək yaşasalar da, digər növləri, məsələn, dəniz meduzaları və kalmarlar su ortasında hərəkət edərək yaşayırlar.


Səkkizayaqlı ilbizin anatomiyası


Səkkizayaqlı ilbizlər ən ağıllı onurğasız hesab olunur və başayaqlılar  adlandırılan molyuskalar tipinə aiddir. Bəzi başıayaqlıların xarici örtük təbəqəsi olsa da, bəzilərində bu örtük daxildədir. Həzm sistemi və qəlsəmələrdə daxil olmaqla başıayaqlıların bədən üzvlərinin çoxu başda yerləşir. 


Səkkizayaqlı ilbizlər, adətən, dəniz dibində sürünür, lakin qol hərəkətlərindən istifadə edərək, eyni zamanda, açıq dənizdə üzə bilir. 


Səkkizayaqlı ilbizlər müxtəlif formaları mənimsəməklə emosiyalarını çatdırmaq və özlərini dəniz dibində yırtıcılardan qorumaq üçün rənglərini tez-tez dəyişə bilirlər. Gizlənmək mümkün olmadıqda o, mürəkkəb şırnağı ifraz edərək əmələ gələn dumanda gizlənir və bu yolla təhlükədən qaça bilir. Səkkizayaqlı ilbizlərin ağzı elastik dairəvi dəlikdən ibarətdir. Daxildə yerləşən buynuzdan ibarət iti dimdik ovu parçalamaq üçün istifadə edilir. 


Gündüz səkkizayaqlı ilbizin (Octopus cyanea) bədən ölçüsü 16 sm, qolları 80 sm-dir. Məskəni Hind-Sakit Okeanı regionudur.


Digər səkkizayaqlı ilbizlərdən fərqli olaraq bu heyvan gizlənmək üçün bədən formasını dəyişərək gündüzlər ov edir. Onun əsas qidasını molyusklar, yengəclər, krevetlər və balıqlar təşkil edir.


Səkkizayaqlı ilbizlər qollarında olan bir sıra sorucu orqanlarla qayalıqlar və eləcə də ovun üzərinə yapışır. 


Qırmızı dəniz ulduzu (Protoreaster linckii) -diametri 30 sm, məskəni isə Hind okeanıdır. Digər dəniz ulduzları kimi, qırmızı dəniz ulduzu da ləng hərəkət edən yırtıcıdır. Onlar kiçik, boruşəkilli ayaqları ilə riflər və qayalar üzərində hərəkət edərək  kiçik krablar, qurdlar, süngərlər və digər onurğasızları ovlayır. Onlar ovlarını bütün bədəni ilə örtərək qarnını ağzından çölə doğru çıxartmaqla (ulduzun orta hissısindən) qidalanır.


Dəniz ilbizi (Chromodoris kuniei)- uzunluğu 5 sm, məskəni isə Qərbi Sakit okeandır. Dəniz dovşanları kimi də tanınan dəniz ilbizləri ilanların qabıqsız qohumlarıdır. Onlar ətyeyənlərdir və mərcan rifləri arasında sürünərək süngərlər, molyuskalar və mərcanlar kimi qaça bilməyən canlıları ovlayırlar.


Qaymaqçiçəyi (Urticina felina)- eni 25-35 sm, məskəni isə Şimal yarımkürəsinin sahil sularıdır.


Qaymaqçiçəyinin çiçəyə bənzər bədəni qayaya və ya hər hansı möhkəm səthə yapışaraq böyüyür. Buynuzcuqlardakı balaca dalayıcı hüceyrələr kiçik heyvanları iflic edir və əldə olunan qida bu yolla ağıza ötürülür. 


Buynuzlu kabus yengəci (Ocypode ceratophthalmus)-eni 6-8 sm, məskəni Hind və Sakit okeanlarıdır.


Buynuzlu kabus yengəci dalğalar tərəfindən sahilə çıxarılan qida maddələri ilə qidalanaraq qumlu sahillərdə yaşayır. Onlar o qədər sürətlə hərəkət edir və yuva qazırlar ki, bəzən görünməz olurlar. 


Avropa omarı (Homarus gammarus) – uzunluğu 60-100 sm, məskəni Avropa sahilləridir. Krevetlər və karbların güclü qohumları olan omarlar gündüzlər qayalıq yuvalarında gizlənir, gecələr isə həssas buynuzcuqlar və böyük caynaqları ilə kiçik balıqları və onurğasızları ovlayırlar. Digər xərçəngkimilər kimi, omlarlar da inkişaf etmələri üçün xarici qabığını atmalıdır.


Şiryallı meduza (Cyanea capillata) -eni 2m-ə qədər, məskəni isə soyuq şimal dənizləridir.


Mərkəzi qollarında olan kütləvi qəhvə büzmələrə görə belə adlandırılan şiryallı meduza şimal dənizlərində geniş yayılmışdır və adətən, dalğalar tərəfindən sahilə çıxarılır. Meduzalarda beynin olmamasına baxmayaraq, onların ibtidai quruluşu 500 milyon il ərzində uğurlu olmuşdur.


Sarı boruşəkilli süngər (Aplysina fistlaris) -hündürlüyü 61 sm-ə qədər, məskəni isə tropik dənizlərdir.


Süngərlər ibtidai heyvan tipinə aiddirlər. Sarı boruşəkilli süngərin bədəni boruşəkilli olmaqla zülallardan ibarət elastik skeletlə dəstəklənir. Bəzi başqa növlər isə daha sərt skelet hissələrindən təşkil oluna bilərlər. Süngərin bədəninə su borudakı məsamələrdən keçir.


Sığınbuynuzlu mərcan (Acropora palmata)- ölçüsü 3m ətrafında, məskəni isə Karib dənizidir.


Bu kövrək forma tək bir heyvan deyil, özlərinin hazırladığı daşlaşmış özüldə toplanan minlərlə heyvan koloniyasıdır. Hər bir kiçik mərcan və ya polip üst tərəfində ətrafı xırda buynuzlarla örtülmüş ağzı olan kisəşəkilli formadadır.