YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Bitki tipləri

İki əsas bitki qrupları var:toxumla çoxalanlar və toxumsuz bitkilər. İkinci qrup bitkilər isə sporlarla çoxalır. 


Sporlar


Sporlar bölünərək çoxhüceyrəli orqanizmlər əmələ gətirən xırda hüceyrələrdir. Bu hüceyrələr mayalana və yeni bitki kimi inkişaf edə bilən cinsi hüceyrələrdən ibarətdir. 


Toxumsuz bitkilər


Yosunun 12000 növü var:


Yosunun kökü yoxdur, əvəzində yarpaqları ilə suda qalırlar. Bu o deməkdir ki , yosunlar torpaq olmadan da inkişaf edə bilərlər. Onlar boş torpağa, ağaclara və qayalara rizoidlər adlanan tükəoxşar törəmələri ilə yapışırlar. 


Qızılyarpağın 6000-8000 növü var: qızılyarpaqlar bitkilərin müəyyən olunmuş ilkin formasıdır. Onlar kiçik, yarpağabənzər bitki olmaqla, adətən, rütubətli yerlərdə, bəzən də suda inkişaf edir. Çətirşəkilli forma isə onların çoxalma orqanlarıdır. 


Qatırquyruğunun 20-30 növü var: daş-kömürə baxdıqda hazırki qatırquyruğunun 300 milyon il əvvəl yaşayanlarla bənzər olduğunu demək olar. Müasir qatırquyruğu kiçik bitkidir, lakin qədim növləri 45 m hündürlüyə qədər inkişaf edərək nəhəng meşəlik yaradıb. 


Qıjıkimilərin təqribən 12000 növü var: Qıjıkimilər adətən, rütubətli və kölgəlik ərazidə inkişaf edir. Onlar kiçik bitkilərdən yarpaqlarının ölçüsü 5 m uzunluğuna qədər olan nəhəng ağaclara qədər forma və növ müxtəlifliyinə malikdir. 


Bitkilərin təkamülü


Toxumsuz bitkilər Yer kürəsindəki ən qədim bitkilərdir və ilk növləri 475 milyon il əvvəl meydana gəlib. Çiçəkli bitkilər isə 130 milyon yaşla ən cavan bitkilərdir. 


İkidilim ginko bir vaxtlar bütün planetdə geniş yayılmış bitki qruplarından yeganə sağ qalan növdür, hazırda yalnız Çində yabanı şəkildə bitir. Aşkar olunmuş 160 milyon il yaşlı ginko kömürü bitkinin bütün bu müddət ərzində heç dəyişmədiyini göstərir. İynəyarpaqlı kimi tanınan ağaclar qrupunun toxumları çiçəklərdə deyil, qozalarda olur. İynəyarpaqlı ağacların çoxu “həmişəyaşıl bitkilərdir” ki, qışda yarpaqlarını tökmürlər. Sərv ağacı, küknar, şam, qara şam və dünyada ən hündür ağac sekvoya da daxil olmaqla 630 növ iynəyarpaqlı bitki mövcuddur. Qaraçöhrə nadir toxumsuz iynəyarpaqlıdır. 


Toxumları qozalarda deyil, çiçəklərdə olan ağacların yarpaqları, adətən, enli olur. Enliyarpaqlıların çoxu “yarpaqlı” ağaclardır-onlar enerji ehtiyatı üçün qışda yarpaqlarını tökürlər.


Bütün məlum bitki növlərinin dörddə-üçü həm də örtülü toxumlular kimi tanınan çiçəkli bitkilərdir. Bunlara ağaclar və otlardan bağça güllərinə, kaktuslardan həşəratyeyənlərə qədər geniş bitki növləri daxildir. Bitkilərin toxum və tozcuq yaradan orqanları çiçəklərdə yerləşir. 


Bəzi çiçəkli bitkilər sərt ətraf mühit şəraitində sağ qala bilmək üçün qeyri-adi xüsusiyyətlərə malikdirlər. 


Bağamburc kimi parazit bitkilər torpaq olmadan da inkişaf edə bilir, belə ki, onlar ana bitkiyə birləşərək onun qida maddələri ilə qidalanırlar. Bromeliad kimi efilitlər də, adətən, başqa bitkilərin üzərində onların Günəş işığı almasına kömək etmək üçün yaşayır, lakin parazit deyillər.


Həşəratyeyən bitkilər bütün qida maddələrini torpaqdan ala bilmir və qidalarını ətlə tamamlayırlar. Milçək milçəkqapan bitkisinə qonduqda yarpaqlar bağlanır və bitki həşəratı həzm etmək üçün xüsusi şirə ifraz edir. 


Kaktus quraqlıq yerlərdə bitir. Yağışdan sonra bu bitki suyu sovuraraq qalın gövdəsində kifayət qədər su ehtiyatı saxlayır ki, növbəti quraqlığa davam gətirə bilsin. 


Zanbaqların çiçəkləri sadədir. Onlar dairə şəklində düzülür və bütün çiçəklər bir-birinə bənzəyir. 


Səhləbgülünün çiçəkləri kompleksdir. Onlar sadə çiçəklərdə eyni hissələrdən ibarət olsalar da, tozlandırıcıları cəlb etmək üçün bütün qeyri-adi növ formalarda inkişaf edirlər.


Gerbera çiçəyi formasına görə mürəkkəbdir. Çiçək bir başlıqdan deyil, yüzlərlə kiçik başlıqdan ibarətdir. 


Qarğasoğanı çiçəkəri saplaq şəklində sondan başlamaqla eyni vaxtda çiçəkləyir.