YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Televizor

Yəqin ki, hamınızın evində televizor var. Siz heç bir çətinlik çəkmədən onu işə salırsınız. Bəs televizorun (yunanca “tele”- “uzaq”, “vizo” –“görürəm”) içərisində nə var? Ekranda təsvir necə yaranır?


Təsəvvür edin ki, siz qaranlıq bir otağa girərək elektrik fənərinin işıq şüasını qarşınızdakı divara yönəldib, soldan sağa işıqdan xətt “çəkmisiniz”. Sonra fənəri söndürüb, onu əvvəlki nöqtəsinə çevirin, fənəri yandırıb yenidən soldan sağa, birincidən bir balaca aşağı ikinci işıq sətri çəkin. Dəfələrlə bu işi təkrar edərək növbə ilə bütün divarı işıqlandırın. 


Televizorda da demək olar ki, həmin hadisə baş verir. Burada təsvir kineskopun ekranında, yəni elektron-şüa borusunda yaranır. Amma ekranın içəri tərəfindəki sətirləri işıq şüası deyil, elektronlar seli-elektron şüası yaradır.


Kineskopun ekranı içəri tərəfdən çox nazik xüsusi maddə qatı ilə-lüminoforla örtülüdür.


Əgər onun üzərinə az miqdarda elektron şüası düşərsə o işıqlanır. Elektron şüası lüminoforun bir sahəsini işıqlandırıb digər sahəsinə keçir. Bu zaman birinci sahə sönüb, ikinci sahə işıqlanmağa başlayır. Lakin bizim gözlərimiz bunu hiss etməyə macal tapmır, çünki elektron şüası televizor ekranının sətirləri boyunca çox sürətlə şütüyür: bir saniyədə 25 dəfə!


Televiziya verilişləri olmayan vaxtlarda televizoru işə salsanız, işıqlanan ekranda elektronların içəri tərəfdən cızdığı ayrı-ayrı sətirləri ayırda edə bilərsiniz.


Onların sayı 625-ə bərabər olur.


Ekranda yaranan təsvirlər televiziya studiyasından verilir.


Telekameranın qarşısında olan adam və əşyalardan əks olunan işıq şüaları həmin telekameranın obyektivinə düşür və təsvirverici televiziya borusunda elektrik siqnallarına çevrilir.


Telekameranın özü isə radioverici qurğu ilə əlaqədardır, onun antenası televiziya qülləsindən hər tərəfə radio-dalğalar şüalandırır.


Beləliklə də təsvir siqnalları radio-dalğaların köməyi ilə telestudiyadan Yer atmosferinə yayılır. 


Telestudiyadakı təsvir siqnallarının bir-birinin ardınca verici qurğuya daxil olduğu sürət evimizdə televizor ekranında elektron şüasının dəyişdiyi sürətə bərabər olur. Deməli, telekameranın “gördüyü” təsvir 1 saniyədə 25 dəfə ötürülür. Həm də 25 təsvirdən hər biri yarım milyondan artıq elektrik siqnalından ibarət olur.


Televizor telemərkəzdən gələn radiodalğaları qəbul edərək, təsvir siqnallarını ayırır və onları yenidən görünən təsvirə çevirir.


Studiyada mikrofonun qəbul etdiyi səs də radiodalğaların köməyi ilə, lakin başqa verici qurğu vasitəsilə və başqa dalğada ötürülür.


Televizor təsvir siqnallarını qəbul edən kimi, onlar dərhal kinesskopun  elektron şüasına təsir edəcəkdir.


Təsvirin siqnalları zəif olduqda şüa da zəif olur, güclü siqnallar isə ekranın lüminoforuna düşən elektron selini gücləndirəcəkdir. Elektron seli böyük olduqca lüminofor daha parlaq işıqlanacaq və əksinə. Eyni zamanda, ekranda işıq və kölgə sahələri meydana gələcəkdir ki, onlar da bizə təsvir kimi görünür.


Rəngli televizor da yuxarıdakı prinsiplə işləyir. Amma bunlarda təsvir siqnallarının yığımı mürəkkəbdir və onların kineskoplarında sətirlər boyunca bir deyil, üç rəng elektron şüası “qaçır”. Onlardan hər biri ekranda təkcə “öz” nöqtələrini - ya qırmızı, ya göy, yaxud da yaşıl nöqtələri işıqlandırır. Həmin nöqtələrdəki lüminoforlar da kimyəvi tərkibinə görə eyni cür deyildir.


Onlardan bəziləri elektron şüasının bəziləri elektron şüasının təsiri altında qırmızı işıq, digəri göy, üçüncüsü isə yaşıl işıq saçır.


Rəngli televizorun ekranında da eyni vaxtda müxtəlif rəngli üç təsvir alınır, lakin biz onları ayrı-ayrılıqda hiss etmirik. Qırmızı, göy və yaşıl şüalar bir-birinə qarışaraq istənilən rəngdə şüalar verir və biz də təsviri rəngli görürük.