YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Təzyiq

Hava haqqında məlumat verilərkən axırda deyilir: atmosfer təzyiqi 760 millimetrdir (və ya 795, ya da 754). İndi bu sözlər heç kəsi təəccübləndirmir. 350 il bundan qabaq isə insanlar heç bilmirdilər ki, havanın atmosfer təzyiqi var. Ona görə də 1954-cü ildə alman fiziki Otto fon Kerigenin apardığı təcrübə hamının təəccübləndirmişdi. O, bir-birinə söykənmiş iki mis yarımkürənin içindəki havanı çıxardı. Bu zaman yarımkürələr bir-birinə elə bərk sıxılırdı ki, onları əks istiqamətdə hərəkət edən iki atlı araba ilə bir-birindən qoparmaq mümkün olmurdu.

 

Yarımkürələri bir-birinə sıxan havanın təzyiqi idi. Bizi əhatə edən hava heç də ilk baxışda göründüyü kimi yüngül deyil. Belə ki, kiçik bir otağı dolduran havanın çəkisi 40-50 kq-dır. Çəkisi olduğuna görə, hava Yer səthinə və Yer üzərində nə varsa, hər şeyə, o cümlədən bizə təzyiq göstərir.

 

Atmosfer təzyiqini ölçmək üçün ilk cihazı- barometri italyan fiziki Torriçelli icad etmişdi. O, uzunluğu bir  metr  olan şüşə borunun bir ucunu lehimləyir və civə ilə doldurur. Sonra borunun açıq ucunu içində civə olan stəkana salır. Borudakı civənin bir hissəsi stəkana axır. Borunun yuxarı hissəsi boş, havasız qalır. Stəkandakı civə səthinə atmosfer təzyiqi təsir göstərir. Bu təyziq borunun açıq ucuna ötürülür və boruda qalan civəni bayıra axmağa qoymur. Əgər borunun üzərində hər millimetrdən bir cizgilər çəkilsə, borudakı civə sütununun hündürlüyünə əsasən atmosfer təzyiqini ölçmək olar. O vaxtdan atmosfer təzyiqini millimetrlərlə ifadə olunan civə sütununun hündürlüyü ilə ölçürlər.

 

Təkcə havanın deyil, hər bir cismin öz təzyiqi var. Siz şəkil çəkərkən əlinizdəki karandaş kağıza təzyiq göstərir. Yaşadığınız ev Yer səthinə təzyiq edir. Barıt yanarkən əmələ gələn qazların təzyiqi mərmini topun lüləsindən itələyib çıxarır. Yerin dərin qatlarındakı təzyiq nəticəsində neft quyudan fantan vurur.  Biz müxtəlif səslər eşidirik, çünki səs dalğaları qulaq pərdələrinə təzyiq göstərir. Dənizin dibində suyun təzyiqi çox böyükdür, özü də dərinə getdikcə təzyiq artır. Ona görə də sualtı qayığın gövdəsi çox möhkəm olmalıdır, yoxsa böyük dərinlikdə suyun təzyiqi qayığı əzib sındırar.


Stolun üstündəki kitab da stola təzyiq göstərir. Əgər bir neçə kitabı bir-birinin üstünə qoysaq, təzyiq daha da artar. Əşya ağır olduqca, onun dayağa göstərdiyi təzyiq də bir o qədər çox olur. Lakin təzyiq dayağın sahəsindən də asılıdır.

 

Xizyəksürənlər qara batmırlar, çünki xizəyin sahəsi çəkmə altlığının sahəsindən böyükdür. Deməli, dayaq sahəsi böyük olduqca, təzyiq azalır.

 

Alimlər xüsusi kameralarda yüksək təzyiq yarada bilirlər. Belə kameralarda qeyri-adi xassələrə malik yeni maddələr alınır. Belə ki, yumşaq qrafiti ən yüksək bərkliyə malik materiala-almaza çevirmək mümkündür. Süni almazdan sənayedə çox geniş (məsələn, bərk ərintilərdən hazırlanmış detalların emalında) istifadə edilir.