YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Külək

Külək havanın yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru üfüqi istiqamətdə yerdəyişməsidir. Qısa şəkildə desək, külək havanın üfüqi istiqamətində hərəkətidir. Küləyin istiqaməti onun haradan əsməsi ilə təyin olunur. Hər hansı məntəqədə hakim küləklərin müəyyən vaxt ərzində (il, ay) təkrarlanmasını təyin etmək üçün “külək gülü” qrafikindən istifadə olunur. Küləyin sürəti m/san və ya km/ saatla ölçülür. Küləyin sürəti iki sahə arasında təzyiq fərqindən asılıdır. Küləyin gücü küləyin hərəkət istiqamətinə perpendikulyar olan səthə göstərdiyi ağırlıq qüvvəsidir. Küləyin gücü 12 ballıq Bofort şkalası ilə ölçülür. Küləyin gücü onun sürəti ilə düz mütənasibdir.


Küləyin istiqaməti flügerlə, sürəti isə anemometrlə təyin olunur.


Küləyin sürəti 0-dan 50 m/san-yədək, yüksək təbəqələrdə qasırğa zamanı 100 m/ san-yədək olur. Günəş radiasiyasından sonra əsas iqlim əmələgətirici amillərdən biri hava kütlələridir. Troposferdə hava kütlələrinin üfüqi və şaquli istiqamətdə planetar miqyasda hərəkətlərinin məcmusu atmosferin ümumi sirkulyasiyası adlanır.


Yer səthinin quru və su sahəsi, relyef mürəkkəbliyi, təzyiq sahəsi və qurşaqlarının müxtəlifliyi mürəkkəb sirkulyasiya yaradır. Bunlardan asılı olaraq müxtəlif küləklər yaranır. Küləklər müvəqqəti, mövsümi və daimi olur. Ümumi atmosfer dövranı (passatlar, mussonlar), yerli hava dövranı (dağ-dərə küləkləri və s.), yerli küləklər və s. küləklər məlumdur.


Brizlər sutkada iki dəfə istiqamətini dəyişən sahil küləkləridir. Onlar, əsasən, sahil zonasına təsir edir və zəif küləklərdir.


Mussonlar (ərəbcə-mövsüm) ildə iki dəfə istiqamətini dəyişən küləklər olub, yay mövsümündə rütubətli, qış mövsümündə quru olması ilə səciyyələnir.


Passatlar tropik yüksək təzyiq qurşaqlarından ekvatorial alçaq təzyiq qurşağına doğru əsən daimi küləklərdir. Yer öz oxu ətrafında fırlanması nəticəsində yaranan Koriolis qüvvəsinin təsiri altında daimi küləklər şimal yarımkürəsində sağa, cənub yarımkürəsində sola doğru istiqamətlənir.


Passatların təsirinə daha çox məruz qalan materiklər Afrika, Avstriya və Cənubi Amerikadır.


Qərb küləkləri tropik yüksək təzyiq qurşağından mülayim enliklərin alçaq təzyiq qurşağına doğru əsən və şərqə meyllənən daimi küləklərdir.


Şimal-şərq və Cənub-şərq küləkləri qütb enliklərinin yüksək təzyiq qurşaqlarından mülayim enliklərin alçaq təzyiq qurşaqlarına doğru əsən daimi küləklərdir. Siklonlar (yunanca “fırlanan”) mərkəzində alçaq, kənarlara doğru təzyiqin artması müşahidə olunan qapalı təzyiq sahəsində yaranan küləklərdir. Siklonda hava şimal yarımkürəsində saat əqrəbinin hərəkətinin əksi, cənub yarımkürəsində isə saat əqrəbi hərəkətinin istiqamətində fırlanır. Siklonun əraziyə daxil olması temperaturu aşağı salır, buludlu, yağıntılı, küləkli hava şəraiti yaradır. Mülayim qurşaqda siklonlar qərb küləklərinin təsiri altında Qərbdən Şərqə doğru hərəkət edir. Tropik siklonlar daha güclü olur və fəlakətli dağıntılara səbəb olur (Şimali Amerikada tornado, Şərqi Asiyada tayfunlar).


Antisiklon (“anti”-əks) mərkəzində yüksək, kənarlara doğru alçalan qapalı təzyiq sahəsidir. Antisiklonun mərkəzində buludsuz, aydın, durğun, tam sakit hava (şələkət) olur. Arktika, Antarktida, Şərqi Sibir üzərində çox müşahidə olunur. Şimal yarımkürəsində saat əqrəbi istiqamətində, Cənub yarımkürəsində saat əqrəbinin əksi istiqamətində fırlanır. Antisiklonda hava aydın, buludsuz, yağıntısız olur.