YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

İraq Respublikası

Sahəsi: 434128 km2

 

Əhalisi: 31,5 mln. nəfər (2010)

 

Əhalinin sıxlığı: 72,6 nəfər/km2

 

Paytaxtı: Bağdad şəhəri (6,2 mln. nəfər)

 

Əsas dillər: ərəb, kürd, türkman

 

Dini etiqad: islam (şiələr 65% və sünni təriqəti 32%), xristianlar (3%)

 

Pul vahidi: İraq dinarı

 

Dövlət quruluşu: respublika

 

İraq Yaxın Şərqin qədim dövlətlərindən biridir. Məhsuldar torpaqlar, neft ehtiyatları onu dünyanın ən zəngin dövlətlərindən birinə çevirə bilərdi. Lakin Qərbin digər xalqları idarə etmək və təbii ehtiyatları ucuz istismar etmək siyasəti və yerli rəhbər dairələrin hakimiyyət hərisliyi bir çox hallarda imkanların gerçəkliyə çevrilməsinə səbəb olmur.

 

1979-cu ildən 2003-cü ildə ABŞ-ın işğalına qədər diktator olmuş Səddam Hüseynin devrilməsindən sonra ölkədə qeyri-sabit rejim davam edir, hər gün baş verən terror hadisələri onlarla dinc insanın ölümünə səbəb olur. İraq İran körfəzinə uzunluğu 58 km olan, lakin strateji baxımdan çox əhəmiyyətli çıxışa malikdir. İraqın ərazisi əsasən düzənliklərdən ibarətdir, yalnız şimalda və şərqdə dağlar yüksəlir. Mərkəzi və cənub rayonlarında çay vadilərinin məhsuldar torpaqları və marş bataqlıqları üstünlük təşkil edir. Qərb hissəsini Suriya səhrası tutur. O, geniş daşlıq düzənlikdir, bəzi yerlərdə səthi qumla örtülmüşdür. Müvəqqəti daşqın axınlarının məcrası olan vadilər ilin çox hissəsində quru olur, yalnız qış yağışları zamanı su ilə dolur. Düzənlikdə və səhrada yay çox isti (orta temperatur 34°C), qışda isə olduqca mülayim keçir (orta temperatur ГС). Şimal-şərqdə, xüsusilə də dağlarda hava olduqca sərin və rütubətlidir, dağlarda 500 mm, cənub-şərqdə 60-100 mm yağıntı düşür. İraqda zəngin faydalı qazıntı yataqları vardır. İraq ərazisində, Dəclə və Fərat çaylarının vadisində, qədimdən şumerlərin, babillərin və assuriyalıların sivilizasiyalarının mövcud olduğu Mesopotamiya (Çaylararası) kimi tanınan rayon yerləşir.

 

 

Çaylararası təbii və süni su yolları (çaylar və kanallar) və gölləri olan çox məhsuldar torpaqlara malik düzənlikdir. Bu ərazilər artıq 6,0 min ildən çoxdur ki, becərilir, dünya sivilizasiyasının ilk əkinçilik mədəmiyyəti mərkəzidir. Hazırda da iraqlıların çoxu bu ərazilərdə yaşayır. Onlar heyvandarlıqla məşğul olur, dənli bitkilər və meyvə becərirlər. 1991-ci il  müharibəsinə qədər dünyada xurma istehsalının 80%-ni İraq verirdi. Ölkənin cənubunda Dəclə və Fərat çaylarının birləşməsindən əmələ gələn Şətt-ül-Ərəb çayının ətrafında qamışlıqdan ibarət bataqlıqlaşmış ərazilər yerləşir. Burada yaşayan "bataqlıq" (göl) ərəbləri ovçuluq və balıqçılıqla məşğul olurlar.

 

İraqda neft 1927- ci ildə tapılmış, 1945-ci ildən geniş miqyasda çıxarılmasına başlanmışdır. 1990-cı ilə qədər İraq neft çıxarılmasına görə dünyada üçüncü yeri tuturdu. Neft ixracatından dövlətin əldə etdiyi böyük maliyyə vəsaitləri ölkənin iqtisadiyyatının yenidən qurulmsına və dinamik artımına imkan verirdi. 1980-ci ildə İraq İrana qarşı müharibəyə başladı. 1988-ci ildə atəşkəsin elan edilməsi haqqında sülh müqaviləsi bağlandı. 300 min nəfərdən çox iraqlı həlak oldu, təsərrüfat xeyli dərəcədə dağıdıldı. Küveytlə mübahisəli neft yataqları haqqında danışıqlar uğursuz başa çatdıqdan sonra Səddam Hüseyn bu ölkəyə qarşı müharibəyə başladı. 1990-cı ilin avqustunda İraq ordusu Küveytə soxuldu. 1991- ci ilin yanvarında ABŞ və onun müttəfiqləri İraqa qarşı kütləvi aviazərbələr endirdilər. Yerüstü əməliyyatlar prosesində Küveyt İraqın işğalından azad edildi, İraqın bir hissəsi tutuldu. Neftin ixracına yalnız 1996-cı ildə "Ərzaq əvəzinə neft" proqramı çərçivəsində, yəni az miqdarda BMT-nin nəzarəti altında icazə verildi. 2003-cü ilin martında ABŞ başda olmaqla beynəlxalq koalisiya qüvvələri İraqı işğal etdi. Dörd həftə davam edən döyüşlərdən sonra onlar ölkənin çox hissəsini tutdular. Səddam Hüseyni devirdilər, edam etdilər.