YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Uqanda Respublikası

Sahəsi: 241 040 km2

 

Əhalisi: 33,8 mln. nəfər (2010)

 

Əhalinin sıxlığı: 140,2 nəfər/km2

 

 Paytaxtı: Kampala (1790 min nəfər)

 

Əsas dillər: ingilis, suaxili, luqanda (qanda), teso

 

Dini etiqad: katolisizm, protestantlıq, islam, yerli ənənəvi dinlər

 

Pul vahidi: yeni Uqanda şillinqi

 

Dövlət quruluşu: respublika


Məhsuldar yüksəkliklər və dağlar ölkəsi olan Uqanda ekvator zonasında yerləşir. Ölkə 1962-ci ildə Böyük Britaniyanın müstəmləkəsindən azad olmuşdur. Uqandanın şimalı hündürlüyü 1500 m-ə çatan nadir şahid dağları olan geniş yastı düzənlikdən ibarətdir.

Cənubda isə yastı zirvəli təpələr yüksəlir. Keniya ilə sərhəddə uzanan dağ silsilələrinin ən hündür zirvəsi olan Elqon (4221 m) sönmüş vulkanıdır. Qərbdə isə Ru venzori dağ massivində ən hündür zirvə olan Margerita (5109 m) piki yüksəlir. Orta illik tem peratur 21°C, yağıntıların illik miqdarı 750- 1200 mm, Viktoriya gölünün sahillərində 1500- 600 mm-dir. Aprel-may və sentyabr-oktyabr ayları yağıntılı mövsümdür. Ölkə ərazisinin 1/5 hissəsini tutan çoxsaylı çaylar və göllərdə çox böyük şirin su ehtiyatları toplanmışdır. Ən böyük göllərə Uqandanın mərkəzində yerləşən Koqa və Mobutu-Sese-Seko (Albert), rift zonası boyu olan Eduard gölü və materikin ən böyük gölü olan Viktoriya aiddir.

 

Uqanda zəngin meşə ehtiyatlarına malikdir. Son 40 il ərzində meşələrin 25%-i qırılmışdır və xeyli hissəsi yanacaq kimi istifadə edilir. Elektrik enerjisi SES-lərdə istehsal olunur. Ölkədə dağ-mədən və emal sənayesi zəif inkişaf etmişdir. Kənd əhalisi ərzaq məhsuları (qəhvə, pambıq, çay, tütün, çəltik, banan, qarğıdalı, sorqo) toplayır. İxrac gəlirlərinin xeyli hissəsi qəhvə, balıq və meyvələrdən əldə olunur. 

 

Son vaxtlarda olan sabitlik iqtisadi inkişafa imkan verir. Sənayedə toxuculuq, yeyinti, hasilat, tikinti materialları, ağac tədarükü sahələri fəaliyyət göstərir. Uqan da şirin su hövzələrində balıq ovlanan dünyanın əsas ölkələrindən biridir. 2001-ci ildə göllərdə 218 min ton balıq tutulmuşdur.