YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Yəmən Respublikası

Sahəsi: 527970 km2

 

Əhalisi: 23,6 mln. nəfər (2010)

 

Əhalinin sıxlığı: 44,7 nəfər/km2

 

Paytaxtı: Səna (1708 min nəfər)

 

Əsas dil: ərəb

 

Dini etiqad: islam (sünni təriqəti 53%)

 

Pul vahidi: rial

 

Dövlət quruluşu: respublika

 

Yəmən Ərəbistan yarımadasının quraq cənub-qərb kənarında, dağlıq ərazidə yerləşir. 1990-cı ildə yaradılan Yəmən regionda ən gənc dövlətdir. Neft-qaz ehtiyatları az olduğuna görə ətraf ölkələrdən inkişafına görə geri qalır.

 

 

Yəmən şimalda Səudiyyə Ərəbistanı, şərqdə Oman ilə həmsərhəddir. 1992-2000-ci illərdə çoxillik mübahisəllərdən sonra bu ölkələrlə sərhədlər müəyyən edilmişdir. Yəmənə bir neçə ada daxildir, onlardan ən böyüyü 3579 km2 sahəsi olan Sokotra adasıdır. Əlverişli strateji mövqeyinə görə Yəmənin ərazisi qədim dövrlərdən məskunlaşmışdır, ölkənin əsas limanı və ən böyük şəhərlərindən biri olan Ədən hələ 2 min il əvvəl regionda ən mühüm ticarət mərkəzi olmuşdur, ölkənin landşaftı müxtəlifdir. Qırmızı dəniz sahilindəki yarımsəhra düzənliklər dərin vadiləri olan dağlar və yaylalarla əvəz olunur. Şərq rayonlarını tutan alçaq yaylalar Rub-əl-Xali səhrasına qədər uzanır. Yanvarın orta temperaturu 20°-25°C, iyulda 21°-32°C-dir. Regionda yağıntının miqdarı müxtəlifdir, cənub sahillərində onlar il ərzində 100 mm-dən az olduğu halda, qərbin dağlıq ərazilərdə 750 mm-ə qədər artır, ölkənin ən rütubətli rayonlarında əhali daha sıx məskunlaşır. Burada ölkənin paytaxtı və ən böyük şəhəri Səna, digər böyük şəhərlər olan İbb və Taiz yerləşir.

 

Yəmən əhalisinin çox hissəsi ənənəvi tayfa birliyini saxlayan müsəlman-ərəblərdir. Əksər kişilər keçmişdə olduğu kimi qurşaqda xəncər (cambiya) gəzdirir, ölkədə kənd əhalisinin payı 75%-dir. Bu, Ərəb dünyasında ən yüksək göstəricilərdən biridir. Taxıl, sitrus bitkiləri və xurma becərilir. Dağların yamacı boyu salınmış terras əkinçiliyi qədim ənənəyə malikdir. Bu[1]rada taxıl, son vaxtlarda pomidor və digər tərəvəz növləri becərilir. Yəmən 1200 ildir mokko qəhvəsi ixrac edən ölkə olaraq qalır.

 

Onun əsas ixrac məhsulu olan neft valyuta gəlirinin əsas hissəsini verir. Neft və təbii qaz hasilatı təsərrüfatın inkişafında və əhalinin həyat səviyyəsinin yüksəlməsində mühüm əhəmiyyətə malikdir. Digər sahələrə neft emalı, toxuculuq, əczaçılıq, yeyinti, ayaqqabı, sement istehsalı sahələri aiddir. Bununla belə, Yəmənin təsərrüfatı xarici ölkələrdən olan köməkdən çox asılıdır. Yəmən Respublikası 1990-cı ildə Yəmən Ərəb Respublikası (Şimali Yəmən) və Yəmən Xalq Demokratik Respublikasının (Cənubi Yəmən) birləşməsi nəticəsində yaranmışdır. Bir il sonra yeni dövlət Küveyt böhranı zamanı İraqı dəstəklədi. Səudiyyə Ərəbistanı və Küveyt cavab olaraq yəmənli fəhlələri ölkələrindən qovdular. Bu da ölkə təsərrüfatına böyük zərbə vurdu və işsizlik 30%-ə çatdı. Siyasi vəziyyət şimal və cənub əhalisinin qarşıdurması ilə gərginləşirdi və nəticədə 1994-cü ildə başlanan vətəndaş müharibəsi cənubluların məğlubiyyəti ilə başa çatdı.