YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Rumıniya Respublikası

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sahəsi: 237 500 km2 


Əhalisi: 22,3 mln nəfər (2007) 


Əhalinin sıxlığı: 94 nəfər/km2


Paytaxtı: Buxarest (2 100 min nəfər)


Əsas dillər:rumın, macar 


Dini etiqad: pravoslavlıq (87%), protestantlıq 


Pul vahidi: ley 


Dövlət quruluşu: respublika

 

Rumıniya keçmiş sosializm sisteminə daxil olan ölkələrdən biridir. Ölkə 1878-ci ildə Türkiyə müstəmləkəsindən azad olmuş, öz müstəqilliyini qazanmışdır. Onun ərazisi düzənliklər və dağların növbələşməsindən ibarətdir. Rumıniya Mərkəzi və Şərqi Avropanın beş ölkəsi ilə həmsərhəddir, strateji cəhətdən əhəmiyyətli olan Qara dənizə çıxışı vardır. Rumıniya və Bolqarıstanın sərhədlərinin çox hissəsindən keçən Dunay çayı ölkənin daxilində yükdaşımalar üçün mühüm nəqliyyat magistralı rolunu oynayır. Dunay çayı Qara dənizə tökü]düyü yerdə böyük ərazi tutan delta əmələ gətirir.

 

Rumıniyanın şimal və mərkəzi ərazisinin çox hissəsini Şərqi və Cənubi Karpat dağları tutur. Ölkənin şərqindən qərbinə uzanan Cənubi Karpatlarda (Transilvaniya Alpları) Rumıniyanın ən hündür zirvəsi olan Moldovyanu dağı (2544 m) yüksəlir. Şərqi və Cənubi Karpat dağları arasında geniş və təpəlik Transilvaniya yaylası yerləşir. Yayla qərbdə faydalı qazıntılarla zəngin olan Qərbi Rumıniya dağları ilə əhatə olunur. Ölkənin cənubunda Aşağı Dunay ovalığı yerləşir.

 

Ölkədə mülayim-kontinental iqlim yaranır, Buxarestdə yanvarın orta temperaturu l,0°C, iyul 25°C-dir, yağıntıların illik miqdarı 300-800 mm-dir. Rumıniya ərazisinin 1/4 hissəsini tutan meşələrdə canavar, maral, ayı, qaban və vaşaq yaşayır. Ölkə torpaqlarının 45%-i əkinçilik üçün yararlıdır. Taxıl, günəbaxan, kartof, meyvə tərəvəz, üzüm becərilir. Sənaye sahələri üçün lazım olan xammalların çox hissəsini idxal etmək lazım gəlir. Rumıniyanın mühüm təbii sərvətlərinə onun məhsuldar torpaqları, sürətlə axan, bəndlərlə qarşısı kəsilmiş və elektrik enerjisi verən çayları aiddir.

 

Ölkə kömür, qurğuşun, sink, mis və kükürd yataqları ilə zəngindir. Sənaye və kənd təsərrüfatı məhsullarını ixrac etmək üçün Konstansa limanından istifadə edilir. Ölkədə metallurgiya, kimya, ağac emalı, sellüloz-kağız, mebel, yeyinti və yüngül sənaye sahələri inkişaf etmişdir. Rumıniya 2007-ci ildən Avropa İttifaqının üzvüdür.