YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Salnamə

Xalq qəhrəmanı Babək ərəb işğalçıları və onlara tabe olan yerli feodallara qarşı 20 ildən çox mübarizə aparmışdır.


Biz bunu haradan bilmişik? Əlbəttə, salnamələrdən, yəni hadisələrin illər üzrə nağıl edildiyi tarixi əsərlərdən. Salnamələrdə padşahların hökmranlığı, vuruşmalar və hərbi yürüşlər, tikinti işləri və təbiətin qeyri-adi və dəhşətli hadisələri, qorxulu yoluxucu xəstəliklər, bir sözlə, hər şey haqqında məlumata rast gəlmək olur.


Orta əsrlərdə Şərq ölkələrində salnamələri, adətən, saray tarixçiləri, katiblər yazırdılar. Salnamələr özlərindən əvvəlki dövrlərdə baş verən hadisələri də öyrənməyə çalışır, xalq əfsanələrini toplayır, yaşlı adamları sorğu-sual edirdilər. Məsələn, salnaməyə I Şah Abbas haqqında belə bir rəvayət düşmüşdür: saray münəccimi ulduzların toqquşacağını və bunun şaha fəlakət gətirəcəyini demiş və üç günlüyə şahlığı başqa bir adama verməyi məsləhət görmüşdür. Mirzə Fətəli Axundzadə “Aldanmış kəvakib” əsərini həmin rəvayətin əsasında yazmışdır. 


İlk vaxtlar salnamələri perqamentdə, yəni xüsusi olaraq aşılanmış dəridə, 15-ci əsrdən isə kağızda yazırdılar. Salnaməçilər qaz lələyindən düzəldilmiş qələmlə gözəl xətlə yazır, səhifənin boş yerlərini zərif naxışlar və şəkillərlə bəzəyirdilər. Salnamə yazmaq çox mühüm iş sayılırdı. Ona görə də hər bir hökmdar istəyirdi ki, öz salnaməçisi olsun.


Alimlər salnamələri diqqətlə oxuyur, onları bir-birilə tutuşdurur, hadisələr barədə məlumatın haradan götürüldüyünü bilməyə, bizim günlərədək gəlib çatmış daha qədim salnamələrin izinə düşməyə çalışırdılar.

 

İndiki dövrdə də salnamələr yaradılır. Məsələn, qocaman jurnalist Qulam Məmmədli Azərbaycanın görkəmli şəxsiyyətləri N. Nərimanov, Ü. Hacıbəyli, H. Ərəblinski, C Məmmədquluzadə, H. Cavid haqqında salnamələr, Azərbaycan teatrının ikicildlik salnaməsini tərtib etmişdir.