YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Atmosferdəki oksigen haradandır

Oksigen bitkilərin və sian bakteriyalarının həyat fəaliyyətinin məhsuludur. Lakin bunlar elə də asan deyil, ona görə ki oksigen yalnız atmosferə daxil olmur, həmçinin daim ondan çıxır. Bu zaman fotosintez prosesi nəticəsində ayrılan oksigenin miqdarı, əmələ gələn üzvi maddələrin miqdarı ilə dəqiq mütənasib olur. Əgər bu maddə sonradan bakteriyalar və göbələklər vasitəsilə sadə mineral komponentlərə, o cümlədən suya və karbon qazına parçalanacaqsa, o zaman bu prosesdə bitkilərin sintezinə ayrılan miqdarda oksigen sərf olunacaqdır.

 

Elmi-populyar ədəbiyyatda tropik meşələri çox vaxt "planetin ağ ciyəri" adlandırırlar. Başqa heç bir yerdə bir sahə vahidində bu qədər böyük miqdarda üzvi maddələr yaranmır və atmosferə bu qədər çox oksigen ayrılmır. Lakin (bu çox vacibdir) tropik meşələrdə üzvi maddələrin parçalanması prosesi də çox intensiv gedir. Göbələklərin, bakteriyaların və heyvanların böyük ordusu gecə və gündüz əvvəllər bitkilərin yaratdıqlarını dağıtmağa çalışırlar. Maddələrin əsas kütləsi onlara artıq məhv olmuş bitki hissələri şəklində nəsib olur. Bu zaman orqanizmlərin aktivliyi o qədər yüksək olur ki, hətta tropiklərdəki örtük qatı (tökülüb çürümüş yarpaq qatı) tamamilə yox dərəcəsinə enir. Aydındır ki, üzvi maddələrin parçalanması ilə bağlı bütün proseslərdə oksigenin udulması baş verir. Ona görə də belə çıxır ki, tropik meşələr il ərzində ayırdıqları oksigeni yenidən udurlar.

 

Alimlərin Amazonka hövzəsində olan meşələr üçün (bu, yer üzərində olan tropik meşə massivlərinin ən böyüyüdür) apardıqları hesablamalar göstərmişdir ki, rütubət çox olan illərdə üzvi maddələrin əmələ gəlməsi parçalanmadan çox olduğu üçün oksigen ayrılması da udulmasından çox olur. Quru illərdə isə əksinə, parçalanma yeni maddələrin əmələ gəlməsindən daha intensiv gedir və bununla əlaqədar oksigen ayrılması udulmasından az olur. Orta hesabla isə onillik dövr ərzində bu proseslər bərabərləşir. Sərbəst oksigen atmosferdə yalnız ona bərabər miqdarda əmələ gəlmiş üzvi maddələr dövretmədən çıxarıldıqda yığıla bilər. Başqa sözlə, göbələklərin, bakteriyaların və heyvanların təsir etməsi üçün əlçatmaz olur. Kerogen, kömür, torf, neft ehtiyatları - bütün bunlar laylarda basdırılmış, onların əmələ gəlməsi zamanı ayrılmış oksigen isə atmosferdə qalmışdır. Böyük miqdarda üzvi maddələrin dövretmədən çıxdığı yerlər indi də mövcuddur.