Ş

Şanel Koko (Koko Şanel)

Koko Şanel
Coco Chanel
Əsl adı Qabriel Bonör Şanel
 
XX əsr Avropa modasına nəzərə çarpacaq təsir göstərən fransız modelyeri, “Chanel” moda evinin banisi.
1883-cü ildə Fransada anadan olub.
Qabriel 18 yaşında geyim mağazasında satıcı işləyib.
“Chanel” kompaniyasının tarixi Kokonun trikotaj mağazasında adi klerk işlədiyi zaman maraqlı hobbisi – qeyri-adı şlyapalar hazırlaması ilə başlayır.
1910-cu ildə Şanel Parisdə şəxsi şlyapa dükanı açır. 1921-ci ildə peyda olan “Şanel №5” ətri o dəqiqə klassika və zövq etalonu halına gəlir. Həmin dövrdən demək olar ki, 100 il keçsə də, o, dünyanın ən populyar ətri olaraq qalır.
Koko Şanel 87 yaşında Parisdə vəfat edib.
Hazırda “Chanel” evi bütün dünyada 147 butikə və mağazaya sahibdir.