Son əlavə olunanlar

Yumor

Molla Nəsrəddin. Sillənin qiyməti

Bir gün Molla Nəsrəddin yol ilə gedərkən tanımadığı bir adam onun boynuna bir şapalaq vurur. Molla geri dönən kimi o adam deyir: ─ Bağışla, tanımamışam. Mən daldan səni yaxın dostlarımdan birinə oxşadıb zarafat elədim.

Bu ağılda da dəli olar

Günlərin birində padşah təğyiri-libas olub öz adamları ilə Bəhlulun qapısının ağzından keçirmiş. Görür Bəhlul həyətdə bir ağacın altında oturub. Padşah deyir:

Cücəli toyuq

Şəhər mollaları Molla Nəsrəddinin əlindən təngə gəlib axırda şəhər hakiminə şikayət edirlər. İşi belə görən Molla birbaş hakimin vəkilinin yanına gedir, ona yanı cücəli bir toyuq aparır ki, vəkil onu müdafiə etsin.  

Səhv yağ küpəsindədir

Molla Nəsrəddinin birqazıya işi düşür. Rüşvətxor qazı Mollanın işini aylarla süründürür. Axırda Molla görür ki, qazı rüşvətsiz bunun işini düzəltməyəcəkdir. Molla gedib bazardan bir iri küpə alır, evdə küpənin içini sarı palçıqla doldurur, üstünə iki barmaq qalınlığında yaxşı inək yağı töküb qazıya aparır. Qazı yağı görcək ağzı sulanır və lazım olan kağızı o saat yazıb, Mollanı hörmətlə yola salır.

Şah və Bəhlul

Bəhlul bir gün yolun kənarında oturubmuş. Padşah adamları ilə gəlib buradan keçəndə Bəhlulu görüb vəzirinə deyir:  

Məbadə, qatırçının qatırını hürküdəsən

Yayın isti günlərindən birində Bəhlul adəti üzrə karvan yolunun üstündə gül satırmış. Deyilənə görə, hər gül alana bir ağıllı söz deyib yola salırmış. Bəhlul yol üstündə o qədər oturur ki, yorulub yuxusu gəlir. Odur ki, paltarını soyunub başının altına qoyur, çuxasını üstünə salıb bir az gözünün acısını almaq istəyir.