Rok, pop və müasir türk musiqi sənətinin görkəmli nümayəndəsi Barış Manço 1943-cü il yanvarın 2-də Üsküdar əyalətində Konyalı Karamanco tayfasına məxsus ailədə anadan olub. Barışın üç yaşı olanda valideynləri ayrılır. Barış atasının himayəsində qalsa da, gözəl türkülər oxuyan musiqi müəlliməsi – anası ilə tez-tez görüşür. Ananın musiqi sənətinə sonsuz məhəbbəti oğlunun canına hopur. Barış Qalatasaray Liseyində oxuduğu müddətdən musiqi ilə maraqlanmağa başlayır. Bu maraq onu Belçika Kral Akademiyasına aparır. O, burada rəsm, qrafika, memarlıq sənətini öyrənərək, maddi təminatını ödəmək üçün kafedə qarson, avtoparkda qarovulçu işləyir...