Son əlavə olunanlar

Görkəmli şəxsiyyətlər

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ Amin Bünyatov

AZƏRTAC beynəlxalq müsabiqələr laureatı olmuş Azərbaycanın gənc istedadlı musiqiçiləri haqqında məqalələr silsiləsini davam etdirir.  

Enn Hoqart

Tanınmış kukla oyuncusu Enn Hoqart 1910-cu ildə İngiltərənin Surrey şəhərinin Frenşam kəndində, müəllim Vilyam Cekson və Oliviya Hallun dördüncü övladı olaraq anadan olub. Anası iki yaşında ikən vəfat edib.

Rəşid bəy İsmayılov

​Tanınmış publisist, tarixşünas-alim və pedaqoq Rəşid bəy Əsəd oğlu İsmayılov 1877-ci ildə İrəvan şəhərində anadan olmuşdur. İrəvan Müəllimlər Seminariyasını bitirmişdir. O, 1903-cü ildə “Şərqi-rus” qəzetində fəaliyyətə başlamışdır. 

Mstislav Rostropoviç

Dünyaşöhrətli musiqiçi, XX əsrin ən böyük violonçel ifaçısı Mstislav Rostropoviç 1927-ci il martın 27-də Bakıda dünyaya gəlib, uşaqlıq və gənclik illərini burada keçirib. O, dörd yaşında ikən anasından fortepianoda, on yaşında isə atası, tanınmış violonçel ifaçısı Leopold Rostropoviçdən bu alətdə çalmağı öyrənib. İkinci Dünya müharibəsi illərində Mstislav Rostropoviçin ailəsi Orenburqa, daha sonra 1943-cü ildə Moskvaya köçüb.

Qlobusun ixtiraçısı Martin Behaym

Məşhur alman kartoqrafı, alimi, uzun müddət Portuqaliya donanmasında xidmət etmiş dəniz səyyahı Martin Behaym (1459-1507) Yer kürəsinin ən böyük və ilk qlobusunu hazırlayıb. Behaym tərəfindən hazırlanan qlobus günümüzə qədər gəlib çatıb. O, bu qlobusu "Yer alması" adlandırıb. Behaym Yer səthini təsvir edərkən Ptolemeyin xəritəsindən istifadə edib.

Mirələsgər Mirqasımov

Azərbaycan heykəltaraşlıq sənəti tarixində adı böyük ehtiramla çəkilən Xalq rəssamı Mirələsgər (Mirəli) Mirqasımov istər dəzgah, istərsə də monumental heykəltaraşlıq sahəsində yaddaqalan yaradıcılıq nümunələri ilə incəsənət xadimləri və sənətsevərlər tərəfindən xüsusi rəğbət qazanıb.