Son əlavə olunanlar

Görkəmli şəxsiyyətlər

Leyla Bədirbəyli

Xalq artisti, Dövlət mükafatı laureatı Leyla Bədirbəyli yaratdığı təkrarsız obrazlarla öz adını Azərbaycan sənət tarixində yazdırmağı bacaran sənətkarlardandır.  

Vaqif Mustafazadə

Görkəmli pianoçu, caz ustası, Azərbaycan muğamlarını caz texnikası ilə birləşdirərək muğam-caz musiqi janrının təməlini qoyan Vaqif Əziz oğlu Mustafazadə 16 mart 1940-cı ildə Bakıda anadan olmuşdur. İçərişəhərdəki kiçik bir məhəllədə böyüyən Vaqif ilk musiqi təhsilini anası Zivər xanımdan alır. Mahir pianoçu olan Zivər xanım Vaqifə xalq folklor nümunələri ilə yanaşı, klassik bəstəkarların İ.S.Baxın, L.V.Bethovenin, V.A.Motsartın, Ü.Hacıbəylinin və digərlərinin əsərlərini düzgün çalmağı öyrədir.  

Frans Kafka

XX əsr ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan almandilli Avstriya yazıçısı Frans Kafka 1883-cü il iyulun 3-də Praqa (Çexiya) şəhərində yəhudi ailəsində anadan olub.   

Mixail Qlinka

Böyük rus bəstəkarı Mixail İvanoviç Qlinka 1804-cü ildə Smolensk quberniyasının Novospassk kəndində anadan olub. 

Avstraliya sahillərinə çatan ilk avropalı: Villem Yanszon

Avstraliyanı sahillərini kəşf edən ilk avropalı - hollandiyalı Villem Yanszon (Willem Janszoon) sayılır. 28 noyabr 1605-ci ildə Yanszon öz ekipajı ilə "Dufken" gəmisində Bantamdan yola çıxaraq naməlum ərazilərə yola düşdü. Kay və Aru adalarının şimalından keçərək Yeni Qvineyanın cənub sahillərinə çatdı. Yanszon buranı "Bataqlıq diyarı" adlandırdı və sahil xətti boyu 400 kilometr yol qət etdi.  

Gülhüseyn Hüseynoğlu

Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, Xalq yazıçısı, nasir və ədəbiyyatşünas Gülhüseyn Hüseynoğlu 1923-cü il oktyabrın 16-da Masallı rayonunun Mollaoba kəndində dünyaya göz açıb. O, kiçik yaşlarında ikən ailəsi ilə birlikdə Bakıya köçüb və burada 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsinə qəbul olub. 1947-ci ildə ali təhsilini başa vuran Gülhüseyn Hüseynoğlu elə həmin il universitetin aspiranturasına daxil olub, lakin 1948-ci ildə Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan gizli təşkilatın yaradıcılarından biri kimi ittiham edilərək, məhkəmə hökmü ilə 25 illik həbs cəzasına məhkum edilib. O, yalnız 8 il sonra, 1956-cı ildə tam bəraət qazanıb Azərbaycan Dövlət Universitetinin aspiranturasına bərpa edilib.