Son əlavə olunanlar

Görkəmli şəxsiyyətlər

Corc Gerşvin- amerikalı bəstəkar və pianoçu

Corc Gerşvin Amerika operasının yaradıcısı hesab olunur. O, çoxsaylı musiqili komediyaların, operettaların, caz musiqilərinin müəllifi kimi də məşhurlaşmışdır.

Vaqif Mustafazadə

Görkəmli pianoçu, caz ustası, Azərbaycan muğamlarını caz texnikası ilə birləşdirərək muğam-caz musiqi janrının təməlini qoyan Vaqif Əziz oğlu Mustafazadə 16 mart 1940-cı ildə Bakıda anadan olmuşdur. İçərişəhərdəki kiçik bir məhəllədə böyüyən Vaqif ilk musiqi təhsilini anası Zivər xanımdan alır. Mahir pianoçu olan Zivər xanım Vaqifə xalq folklor nümunələri ilə yanaşı, klassik bəstəkarların İ.S.Baxın, L.V.Bethovenin, V.A.Motsartın, Ü.Hacıbəylinin və digərlərinin əsərlərini düzgün çalmağı öyrədir.  

Məhəmmədhüseyn Şəhriyar

Azərbaycan xalqının yetişdirdiyi böyük şairlərdən biri də Məhəmmədhüseyn Şəhriyardır. Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Cənubi Azərbaycanda, Təbriz şəhərində doğulub boya-başa çatmışdır. İranda Azərbaycan dilində təhsil verən məktəb olmadığı üçün orada yaşayan bütün soydaşlarımız kimi, Şəhriyar da təhsilini fars dilində almışdı. Şəhriyar çox istedadlı gənc idi. Ədəbiyyatı çox sevirdi. Gənc yaşlarından fars dilində gözəl şeirlər yazırdı.  

Avqust Rodin (1840-1917)

Avqust Rodinin fəaliyyəti haqqında qısa xarakteristika verərkən adətən onun yaradıcılığı ilə dünyanı dəyişdirən rəssamlara aid olduğunu deyirlər. 

Milyonçular ailəsinin yazıçı qızı - Üm-əl-Banu (Banin)

O, Azərbaycan Xalq Cumhuriyyətinin nazirlərindən biri Mirzə Əsədullayevin qızı, məşhur Azərbaycan milyonçuları Şəmsi Əsədullayevin və Ağa Musa Nağıyevin nəvəsidir. Onun dünyaya gəlişi kimi, sonrakı həyatı da rəvan keçmir. Hakimiyyətə gələn bolşeviklər atasını həbs edirlər, babalarının var-yoxu əllərindən alınır. O, atasını həbsxanadan qurtarmaq, ölkədən çıxmaq üçün istəmədiyi, lakin hörmətli bir şəxsə ərə gedir.  

Corc Eliot

Corc Eliot (22 Oktyabr 1819 - 22 Dekabr 1880) — təxəllüsü ilə yazan 'Meri Enn' ya da 'Marian Evans' Viktoriya dövrünün ən məşhur ingilis yazıçılarındandır.