Görkəmli şəxsiyyətlər

Hüseyn Seyidzadə

Azərbaycan kinorejissoru, Azərbaycan SSR-nin əməkdar incəsənət xadimi, Azərbaycan kino tarixində ilk rəngli bədii filmin müəllifi Hüseyn Mirəli oğlu Seyidzadə 1912-ci ildə İrəvanda anadan olub. O, Həsən Seyidovun kiçik qardaşı olub. Əmək fəaliyyətinə 1927-ci ildə tikiş fabrikində başlayıb, sonra fabrikdən ayrılaraq Bakı Fəhlə Teatrında aktyor köməkçisi olub. Bir ildən sonra o, artıq “Gənc işçi” teatrının aktyoru idi.

 
1930-cu ildə Leninqradda rejissorluq kurslarını bitirərək Bakıya qayıdan Hüseyn Seyidzadə, 1936-cı ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirdikdən sonra “Azərbaycanfilm” kinostudiyasında işləməyə başlayıb.
1938-ci ildə “Bakılılar” və “Böyük şəfəq”, 1939-cu ildə isə “Ayna” filmlərinin çəkilişlərində iştirak edib. 
 
 
1943-cü ildə rejissor Niyazi Bədəlovla birlikdə cəbhəyə hədiyyə göndərənlərin vətənpərvərlik hisslərindən bəhs edən “Sovqat” filmini çəkir. 
 
 
Hüseyn Seyidzadə 1969-cu ildə İsmayıl Şıxlının eyniadlı romanı əsasında “Dəli Kür” ssenarisini çəkir.
 
 
Seyidzadənin ən yaxşı rejissor işi “Fəth olunmamış batalyon” (1965), “Koroğlu” (1960), “Yaşasın qızlar” (1972), “Qayınana” (1978) kimi bədii filmlər olub.
 
 
Ömrünün son illərində Natəvan haqqında film çəkmək istəsə də, amansız ölüm ona belə bir fürsət vermədi. Hüseyn Seyidzadə 1979-cu il iyunun 2-də vəfat edib.
 
 
Küçələrdən biri onun adını daşıyır.