YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Tarakanlar

Tarakanlar bizim planetdə 300 milyon ildir yaşayırlar. Onlar nə nəhəng, nə də cırtdan həşəratlar dünyasına aid deyillər.

 

Tarakanlar, əsasən, tropik və subtropiklərdə yaşayırlar, daha az düzənliklərdə rast gəlinir. Onlar ağaclarda, kötük və çöplər altında, tökülmüş yarpaqlarda, mağaralarda məskunlaşmışlar. Tarakanlar təzə və çürümüş bitki və heyvan qalıqları ilə qidalanırlar. Təbiətdə onlar böyük dəstələrlə yaşamağa üstünlük verirlər.

 

Boz və qara tarakanlar evlərdə insanları təngə gətiriblər.

 

Cənubi Amerikada yaşayan blaberus qiqanteus ən iri tarakanlardan biridir, onun uzunluğu 12 sm-dir. Onun başında və şəffaf qanadlarındakı rəsmlər hinduların maskalarını xatırladır. Bu gözəl məxluqlar nigah rəqslərini Amazonka üzərində uçişla ifa edirlər. Cavan tarakanlar bataqlıqlardakı rütubətli mamırlarda və çayların əhatəsində inkişaf edirlər.

 

Tarakanların gövdəsi nazik, başları böyük, ağzı isə aşağı və geriyə dönür.

 

Prusak (boz)-tarakan 3 cüt ayaq 5 buğumdan ibarətdir, axırıncı buğum qarmaqlı və sorucudur. Onların sayəsində tarakanlar istənilən hündürlüyə asanlıqla dırmaşırlar.

 

Tarakanlar barama qoyma hesabına artırlar. Bəzilərinin balası baramadan dərhal çıxır, digərlərində isə onlar 1 gündən 3,5 aya kimi baramada otururlar. Tarakanlar 3 ildən 10-15 ilədək yaşayırlar. Tarakanların əksər növlərində erkək və dişilərin qanadları var, bəzilərində isə qanadlar ancaq erkəklərdədir.

 

Tarakanların bığları uzundur, mağara növlərində bığlar bədəndən də uzundur.

 

Madaqaskar donquldan tarakanı-Başda və tikanlı ayaqdakı möhkəm şiş-“buynuz” həm müdafiə, həm də hücum üçün qorxulu bir silahdır. Həyəcanlanan donquldan yüksəkdən səslər verir ki, bu da onun adını izah edir.

 

Madaqaskar donquldan tarakanı çox dalaşqandır. Dişilər üstündə erkəklər bir-biri ilə dava edir, qalib gələn erkək dişiyə yerindən tərpənməyə imkan vermir və ona yaxın gələnlərə qəzəblə hücum edir.