YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Çoxsaylı kosmik uçuş gəmisi

Çoxsaylı kosmik uçuş gəmisi raket kimi göyə qalxan, təyyarə kimi eniş edən uçuş aparatıdır. Uçuşun əvvəlində yer atmosferini tərk etmək üçün bu gəmi-qayığa raket mühərriki iki sürətləndirici və istifadədən sonra atılan xarici yanacaq çəni lazımdır. 


Bu kosmik aparat Yer kürəsinin orbitində uçan peyklərin işə salınması, təmiri və texnoloji eksperimentləri yerinə yetirir. Geri qayıdarkən o, atmosfer qatlarına səsdən iti sürətlə daxil olur, tədricən sürətini azaldır və adi təyyarə kimi eniş edir. 


Çoxsaylı kosmik uçuş gəmisinin ilk uçuşu 1981-ci il 12-14 apreldə baş tutub, ancaq özünün əsas tapşırığını 1982-ci ilin noyabrda yerinə yetirmişdir. 


Kosmik gəmilər insanlara kosmik səmanı tədqiq etməyə, yeni planet və peykləri kəşf etməyə imkan verir. 1961-ci ilin 12 aprelində Yuri Qaqarin Yer kürəsi ətrafında uçuş edən ilk kosmonavt oldu. 1969-cu il iyulun 21-də isə amerikalı Nil Armstronq ilk dəfə Ay səthinə ayaq basdı. O vaxtdan bəri kosmik uçuşlar getdikcə daha da mürəkkəbləşib.