YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

"Qaragöz əmi çərpələng şənliyində". Ünver Oral

ISBN: 9789952361650

Müəllif: Ünver Oral

Nəşriyyat: Qanun Nəşriyyatı

Tərcümə: Sevinc Natiqqızı

Redaktor: Əziz Rzazadə

Korrektor: Ceyran Abbasova

16 səh., 1000 tiraj

 

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. Səmimi olduğu üçün hamı onu çox sevir. Çünki o, necədirsə, elə də danışır və yaşayır. Bütün bu səmimiyyətinə görə o, nə qədər kasıb, işsiz-gücsüz və qaba olsa da, hamının könlündə taxt qurmağı bacarır. Adını eşidən kimi istər-istəməz dodaqlarımıza təbəssüm qonur, ürəyimiz açılır.

 

Onda gəlin gözü uzatmayaq. Bağışlayın, sözü uzatmayaq deyəcəkdim.

 

Bu Qaragözə halal olsun, bizi də özünə oxşatdı. Gəlin açaq səhifələri,   oxuyaq yazılanları. Görək Qaragöz neyləyib, sözü necə söyləyib.