YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Arılar

Bal arısı ailələri çox illər bundan qabaq mövcud olmuşlar. Bu ailələr bir neçə min işçi arıdan və çox illər ərzində yumurta qoya bilən ana arıdan ibarətdir. Yayda ailələrdə erkəklər (trutni) əmələ gəlir. Bal arıları ən mütəşəkkil həşəratlardan biri sayılır.

 

Bal arıları kənd təsərrüfatı bitkilərinin ən yaxşı tozlandırıcısı və zəhmətkeş bal toplayıcısıdır.

 

Bal arıları insanlar tərəfindən əhliləşdirilmiş az sayda həşəratlardan biridir. İnsan pətəklərdə arı ailələrinin inkişafı üçün əlverişli şərait yaradır, onlar üçün xüsusi təknələr düzəldir, qışda onları yemləyir, xəstəlik və ziyanvericilərlə mübarizə aparır və bunların müqabilində onlardan əvəzolunmaz bal, mum, arı zəhəri və yapışqanı alırlar.

 

Yazda ana arı çardaqda oyuqlarda uyğun yer seçərək tək yuva tikir və əmələ gələn ilk işçi arıları yemləməyə başlayır. Sonradan bu işçi arılar yuvanı tikməyə və gələcək nəsli yemləməyə davam edirlər.

 

Kağız arıları mürəbbə bişirilən mətbəxlərin, meyvə satılan dükanların və şəkər tozlu piştaxtaların çağırılmamış daimi qonaqlarıdır. Şirnisevən bu arılar həmçinin müxtəlif həşəratları ovlayan yırtıcıdır. Ovladığı həşəratlarla sürfələrini yemləyir. Ov və düşmənlərdən müdafiə üçün arılar zəhərli neştərdən istifadə edir. Bu arılar “kağızdan” tikdiyi yuvalarda yaşayır. Arılar bu kağızı çeynənilmiş ağac liflərinin ağız şirəsi ilə qarışığından alırlar.

 

Əksər kağız arılarının yuvası kürə formasında olur. Bu yuvaların içərisi sürfələr yerləşmiş üfüqi şanılardan ibarət çox təbəqəli kağız örtüklərdir. Belə arı şanıları bir-birinə birləşik aşağıya doğru asılmış formada olur.

 

Eşşəkarıları sıx xovlu iri arılar olub, çox vaxt mülayim iqlimli yerlərdə məskunlaşırlar. Anadan və bir neçə yüz işçidən ibarət eşşəkarıları ailəsi yalnız yay mövsümündə yaranır. Payızda mayalanmış cavan analar qışı çıxartmaq üçün torpaqda və ya başqa sığınacaqlarda gizlənirlər. Lakin bütün erkəklər və işçi arılar məhv olurlar. Yazda ana arı çardaqda, oyuqlarda uyğun yer seçərək tək yuva tikir və əmələ gələn ilk işçi arıları yemləməyə başlayır. Sonradan bu işçi arılar yuvanı tikməyə və gələcək nəsli yemləməyə davam edirlər. Eşşəkarıların yuvaları mum şanılardan ibarətdir.

 

Bütün arılar kimi eşşəkarıları da çiçək nektarı ilə qidalanırlar və bununla bərabər bu çiçəkləri tozlandırırlar. Eşşəkarıları bitkiləri tozlandıran ən yaxşı həşəratdır.