YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Tənəffüs

Oksigen qəbul etməsi üçün insan daimi tənəffüs etməlidir. İnsan nəfəs alan zaman hava nəfəs borusu ilə ağ ciyərlərə keçir və buradan oksigen qana daxil olur.


Hər bir ağciyər daxilində bronx adlanan hava boruları kiçik hissələrə ayrılaraq bronxlar əmələ gətirir. Hər bir bronx sonluğunda kiçik, elastik kisəciklər-alveollar yerləşir. Bu tərsinə dayanmış ağaca bənzədiyindən bronxeal ağac adlanır. 


Hər bir budaqlanan şəbəkə bir neçə alveol qrupundan ibarət olan bronxitlərlə bitir. 


İnsanın sol ağciyər payı sağ ağciyər payına nisbətən daha kiçik olub döş qəfəsinin sol boşluğunda yerləşən ürək üçün yer təmin edir.  Sol ağciyər payının yerləşməsi nisbətən kiçikdir. Sağ ağciyər payının yerləşməsi daha genişdir. 


Nəfəs aldığımız zaman diafraqma aşağıya doğru hərəkət edir. Nəfəs verdiyimiz zaman diafraqma yuxarıya doğru hərəkət edir. 


Tənəffüs etmə insan qabırğalarının aşağı və yuxarıya doğru hərəkəti ilə asanlaşır. Diafraqma adlanan günbəzşəkilli əzələ bu prosesə kömək edir. İnsan nəfəs alan zaman o hamarlaşaraq sinə boşluğunun həcminin böyüməsinə səbəb olur. 

 


Maraqlı məlumatlar


1.Düzləşdirildiyi halda ağciyərlər cütü tennis meydançasını örtə bilər.


2.Sakit halda insan dəqiqədə 12-15 dəfə tənəffüs edir, fiziki hərəkətdən sonra isə bu, təxminən 1 dəqiqədə 60-a çatır. 


3. Nəfəs borusunun uzunluğu 11 sm və ya 4 düyümdür.


4. İnsan ağciyərləri sanki süngər kimidir, lakin onlar su əvəzinə havanı içlərinə çəkirlər. 


5. Hər dəqiqədə insanın ağciyərlərindən 5-6 litr və ya 1 1/3 -1 ½ qallon hava keçir.

 


Səslərin əmələ gəlməsi


Tənəffüs etmə, həmçinin, səs yaranması ilə əlaqəlidir. İki nazik pərdə, səs bağları qırtlaq boyunca uzanır. İnsan nəfəs verdiyi zaman hava səs bağlarından keçərək onların titrəməsinə səbəb olur. İnsanın dodaqları və dili isə bu səsləri danışığa çevirir. 


İnsan tənəffüs etdikcə qabırğalar arasındakı əzələlər onların yuxarı və aşağıya doğru hərəkət etməsinə imkan verir. 


Nəfəs alan zaman hava nəfəs borusundan ağciyərlərə daxil olmadan öncə udlağa, oradan qırtlağa keçir. Təqribən 20 C şəkilli qığırdaq üzük nəfəs borusunun ağzının açıq qalmasını təmin edir. 


Nəfəs borusunda milyonlarla xırda tüklər var. Onlar tükcüklər adlanır və onlar dalğa şəkilli hərəkətlə selik, mikrob və tozun nəfəs borusuna doğru tərpədərək öskürəyə səbəb olur.