YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Atmosfer

Yer üzərində həyat planeti əhatə edən qalın yorğana bənzər qaz qatı olmadan mümkün olmazdı. “Atmosfer” kompleks, dinamik system olmaqla okean, quru və Günəşlə qarşılıqlı əlaqədə hava və iqlimi yaradır. Atmosfer 5 təbəqədən ibarətdir-troposfer, stratosfer, mezosfer, ionosfer və ekzosfer.


Yer kürəsinin qorunması


Atmosfer Yer üzərində həyatın qorunmasında mühüm rol oynayır. O, Günəşin zərərli şüasının çox hissəsini udsa da, planetin isinməsi üçün kifayət qədərinə imkan verir. O, planeti meteorit axınından qoruyur. Atmosferdə həyat üçün vacib olan su və oksigen var.


Havanın tərkibi


Atmosferin 20 faizi bizim nəfəs almağımız üçün zəruri olan oksigendən ibarətdir. Digər hissə, əsasən, azotdan ibarət olsa da, çox az hissə digər qazlardan-karbon dioksid və metandan təşkil olunub.


Ozon qatı


Ozon qatı Yer səthindən 25 km yüksəklikdə nazik təbəqə əmələ gətirir. Ozon qatı Yer kürəsini Günəşin zərərli ultrabənövşəyi şüalarından qoruyur. Aerozol və digər sistemlərdəki zərərli qazlar ozon qatını dağıdaraq qütblərdə ozon qatından deşiklərin yaranmasına səbəb olur.

 

Cazibə qüvvəsi atmosferdə qazların 99 faizini Yer kürəsindən 40 km yüksəkliyə sıxışdırır, digər hissəsi isə 1000 km yuxarıya uzanır.